Uşaqların psixoloji inkişafında əlavə fəaliyyətin rolu-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 23:13 20.12.2023

Bəzən  valideyinlər övladlarını  musiqi alətlərinin ifasına, idman növlərinə, rəqsə, gimnastikaya və s kimi  fəaliyyət sahələrinə yönəldirlər.

Psixoloq Gülnar Orucova əlavə fəaliyyətin uşaqların psixoloji inkişafına təsiri ilə bağlı informator.az -a açıqlama edib.
Psixoloq deyir ki, uşağın mənəvi inkişafında rəqsin, gimnastikanın, şahmatın, eləcə də sosial aktivliyin rolu çox böyükdür.

 

"Biz istər valideyin olaraq, istər elə təhsil ocağı, bir müəllim olaraq uşaqlarımızı  həmişə inkişaf etdirməliyik.


Uşaqları rəqsə niyə qoyuruq? Rəqs diqqəti inkişaf etdirir, yadda saxlama prosesini gücləndirir.


Rəsm bacarıqlarının artırılması uşaqlarda diqqəti, səbri formalaşdırır.
Musiqi duyumu hər bir uşaqda aşağı yaşdan etibarən laylalarımız ilə formalaşır. Yaş artdıqca biz uşaqlarımızı musiqiyə və digər fəaliyyət növlərinə qoymalıyıq".

 

Gülnar Orucova qeyd edir ki, indi valideynlər uşaqları çox da əlavə fəaliyyət növlərinə  qoymurlar, bunun nəticəsində uşaqlar aqressiv, gərgin olur.

 

" Uşaq nə qədər telefonla oyununa bilər? Telefonla oynamağı onun ətrafla ünsiyyət qurmasına maneə olur və bu onun nitqinə təsir göstərir.  Televizora 2 saatdan artıq baxan uşaqlar digər uşaqlardan 30% geridə olur. Televizora baxmağın belə yaşı, zamanı var. 2 yaşına qədər heç bir uşaq televizora baxmamalıdır. 2 yaşından sonra 1 dəfə 20 dəqiqə, 3-4 yaşında uşağ 2 dəfə 20 dəqiqə, 5-6 yaşında uşağ 3 dəfə 30 dəqiqə müddətində baxa bilər".

 

Psixoloq bildirir ki, bəzən valdeyinlər buna nəzarət edə bilmir və nəticədə
uşaq birtərəfli ünsiyyətə bağlı olur və uşaqda ünsiyyət ləngiməsi problemi yaranır.

 

"Yəni pedoqoji baxımsızlıqdan inkişaf ləngiməsi ortaya çıxır. Bəzən valideynlər ayırd edə bilmir ki, bu genetikdir yoxsa pedaqoji baxımsızlıqdan irəli gəlib. Amma biz psixoloqlar bunu ayırd edə bilirik. Biz zaman-zaman görürük ki, valideynlər çox hiperaktiv uşağını  idmana qoyur. Elə bunun fonunda da idmana gedən uşaqlar digər uşaqları vurur, döyür, incidir, davalar düşür, münasibətlər pozulur. Yəni onu idmana qoymaq əvəzinə rəqsə, şahmata qoysaq beyin daha çox inkişaf etməyə meyilli olacaq və beyin inkişaf etdikcə açılacaq, açıldıqca da artıq uşağın düşünmə qabiliyyəti, həyata baxışı bütün bunların hamısı dəyişəcək. Ona görə çalışmalıyıq ki, övladımız bu cür tərbiyə edək, sağlam ruhda və sağlam psixologiyada. Mən düşünürəm ki, illər öncə bunlar dövlət tərəfindən təşkil olunurdu və bəzən də məcburi idi.Ona görə də illər öncəki uşaqlarlarla indiki uşaqların arasında istər qavrama, istər davranış cəhətdən böyük fərqi var".

 

Psixoloq valideynlərə birinci onu məsləhət görür ki, biraz özləri telefondan uzaqlaşsınlar və uşaqlarına diqqət, qayğı, sevgi göstərsinlər.

 

"Çünki bəzən düşünürük ki, övladımıza hər şey edirik, istədiyini alırıq, gəzməyə aparırıq yəni bu övladımız üçün hər şeydir. Lakin bu övladımız üçün yetərli deyil. Sevgidə diqqət, qayğı  maddiyyatla verilmir. Bunlar mənəviyyatla verilməlidir, mənəvi baxımdan diqqət ayrılmalıdır. Yəni sevgi sözlə olur. Çalışmaq lazımdır ki, sevgini, diqqəti, qayğını sözlə verəsiniz. Uşaqların bəzən əşyadan çox sözə ehtiyacı olur. Valideyinlər bəzən uşaqlar nadinclik etdikdə, aqressiv olduqda uşaqları sakitləşdirə bilmirlər və bunun üçün çarəni onun əlinə telefon verib başını qatmaqda görürlər amma bu bir çıxış yolu deyil. Çalışmaq lazımdır ki, səbirlə təmkinlə yanaşaq".

 

Müsahib ana olmağında bir yaşı  olduğunu qeyd edir.

 

"Məsələn, o dəfə 62 yaşlı bir qadının ana olması ilə bağlı məlumat aldım. Bu qadın nənə olacaq yaşda ana olub. Təbii ki, bu qadının uşağa olan diqqəti gənc bir ananın səbri, diqqəti qədər olmuya bilər. Elə bir dövrdə ana olmaq lazımdır ki, o yaş dövründə də uşağa səbr edəcək gücünüz olsun, psixoloji durumunuz yerində olsun. Bunlara valideyin olaraq nəzarət etmək lazımdır".


Natavan Həsənova