Hərbi sirri yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək
Bölmə: Sosial › ,Tarix: 23:20 20.12.2023
Silahlı Qüvvələrin Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi və İnformasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi də Milli Meclisin plenar iclasında müzakirə mövzusu oldu. Hərbi sirri yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək.
Milli Məclisin üzvü Kamal Cəfərov bildirib ki, müharibə vaxtı və ya döyüş şəraitində silahlı qüvvələrin şəxsi heyyətinin silah və texnikasının hərəkəti, yaxud dislokasiya haqqında məlumatların yayılmasının cinayət əməli kimi müəyyən edilməsi təklif edilir.
"Bu cür məlumatlar, hərbi qulluqçular, toplanışa çağırılan hərbi vəzifəlilər tərəfindən yayılarsa, 10 gündən bir ayadək inzibati həbsin verilməsi təklif edilir. Bu cür məlumatları müharibə vaxtı və ya döyüş şəraitində istənilən şəxs tərəfindən yayılarsa, müvafiq olaraq cinayət məsuliyyətinə səbəb olacaq".
Komitə sədri Ziyafət Əsgərov deyir ki, dəfələrlə, xüsusilə də media orqanlarına xəbərdarlıq olunurdu ki, ordunun hərəkəti barədə, dislokasiyası barədə məlumat verməyin, xahiş olunur.
"Belə məlumatlar yalnız dövlət orqanları daha doğrusu ordu rəhbərliyi tərəfindən verilən məlumatlara inanın. Amma bütün bunlara baxmayaraq bəzi hallarda qanun pozuntusu olurdu . Əslində bu qanun layihəsi çoxdan gözlənilirdi belə bir normanın Azərbaycan respublikasının cinayət məcəlləsinə daxil olması olduqca vacibdir".
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi. Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası noyabrın 22-nə nəzərdə tutulub.
Gündüz