Avtomobil yollarında yenilik
Bölmə: Sosial › ,Tarix: 18:22 21.12.2023
Paytaxtın müəyyən avtomobil yollarında dəyişikliklər edilib. Cərimələnməmək üçün sürücülərin diqqətli olmağı tələb edilir.
Əhməd Rəcəbli küçəsi ilə hərəkətdə olan avtomobillər quraşdırılan "geriyə dönmək qadağandır" nişanına görə birbaşa dönüş edə bilməyəcəklər. Təbriz küçəsi ilə hərəkət edib, Nərimanov parkının qarşısındakı alternativ geriyədönmədən istifadə edərək geriyə dönəcəklər. Ərazidəki yeniliklərdən biri də Təbriz küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində yerləşən işıqfora edilən dəyişiklikdir. Küçələrin kəsişməsində olan işıqfora isə sağa dönmək üçün yaşıl seksiya əlavə olunub. Bu vaxta qədər sürücülər həmin yolda sağa dönə bilsələr də sıxlıq yaranırdı. İşıqfora quraşdırılan yaşıl seksiya artıq bu sıxlığın qarşısını almış olur.
Nişanların tələblərinə əməl olunmayacağı halda sürücülər barəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub.
NİİM-in sektor müdiri Ömər Xıdırov qeyd edib ki, xüsusilə də günün pik saatlarında biz sıxlıq müşahidə edirdik və eləcə də orda həm sürücülər üçün həm piyadalar üçün bir qəza şəraiti yaranırdı.
"Bizim əməkdaşlar tərəfindən müşahidə kameralarının köməyindən istifadə etməklə eləcə də orda avtomobil axınını təmin etməklə təkliflər hazırlandı və bu təkliflərin baxılması üçün aidiyyatı dövlət qurumuna göndərildi və həmin qurum tərəfindən müsbət rəy alındıqdan sonra artıq ərazidə işlərə başlanıldı".
Qurum rəsmisi onu da qeyd edib ki, paytaxtın müxtəlif ərazilərində də təhlillər aparılıb, layihələr hazırlanıb və müvafiq qurumlara təqdim edilib. Veriləcək rəydən sonra həmin işlərə də başlanılacaq.
Gülnar