Məktəb yerdəyişmələrində artım
Bölmə: Sosial › ,Tarix: 18:48 21.12.2023
Bakı şəhərində ötən illə müqaisədə şagird yerdəyişmələrində nəzərə çarpacaq dərəcədə artım qeydə alınıb. Bu yerdəyişmələrin hərəsinin öz səbəbi var, hətta aralarında keyfiyyətsiz təhsilə görə övladının məktəbini dəyişdim deyənlər də var. Bəs məktəb dəyişəndə tədrisin keyfiyyəti artır?
Ekspertlər hesab edir ki, təhsilin keyfiyyəti bütün məktəblərdə demək olar ki, eyni səviyyədədədir. Sırf buna görə yerdəyişmə etmək düzgün deyil. Bu ilk növbədə ən yaxşı oxuyan şagirdi belə geri salır, daha sonra psixoloji problemlərə yol açır. Amma ən qəribəsi odur ki, bu kimi halları gözə alaraq məcburiyyətdən təhsil ocağını dəyişənlər də var, özü də onların sayı daha çoxdur. Söhbət yaşadığı ünvana yaxın ərazidəki məktəblərə üstünlük verənlərdən gedir.
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, təəsüflər olsun ki, bəzən məktəb seçiminin aparılmasında yanlışlığa yol verilir, bu da əsasən ondan qaynaqlanır ki, şagird yaşadığı yer üzrə müvafiq olaraq qeydiyyat zamanı seçim apara bilmir.
"Çünki həmin ərazi üzrə əhali sıxlığı daha çoxdur. Eyni zamanda hansı məşhur məktəbdir, təhsil göstəriciləri fərqlənir digər məktəblərdən də belə olduğu təqdirdə, əlavə müraciətlərin nəticəsində, məktəbdə artıq şagird qəbulu həyata keçirilə bilmir və bunun da nəticəsində daha çox yerdəyişmə faktını biz müşahidə edə bilirik.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov deyir ki, ümumiyyətlə müşahidələrimiz onu göstərir ki, yerdəyişmənin xüsusi bir özəl səbəbi əsas səbəblərindən biri vətəndaşlar yaşayış yerini və yaxud da iş yerini dəyişdiyi zaman məcburən övladlarının məktəblərini dəyişmə məcburiyyətində qalırlar.
"Amma bundan əlavə elə bir xüsusi səbəb yoxdur. Hər il bilirsiniz ki, insanların yerini dəyişməsi daha tez-tez və ya daha gec ola bilər".
Fidan