Yanğın təhlükəsizliyi ilə əlaqədar bir neçə mağaza bağlanıb

Bölmə: Sosial › ,
Tarix: 20:11 21.12.2023

8-ci km bazarında aparılan növbəti yoxlamalar zamanı bir sıra mağazalar yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması səbəbindən bağlanıb.

 

FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin şöbə rəisi Cəmil Xuduyev bildirib ki, müayinələr zamanı yanğın təhlükəsizlik qaydalarının tələblərinin kobud surətdə pozulması kimi hallar aşkar edilib.

 

"Həmçinin tezalışan materiallardan ibarət yanğına qarşı dözümlülüyü olmayan piştaxtaların quraşdırılması, həmçinin satış mallarının normadan artıq yüklənməsi, təxliyyə yollarının yanğın təhlükəsizlik qaydalarına uyğun saxlanılmaması, bununla yanaşı həmin obyektərin ətrafında küçədə təşkil olunmuş ticarət səbəbiylə yanğın avtomobillərinin digər xüsusi təyinatlı texnikaların yanğın zamanı həmin obyektlərə yan almasına çox ciddi problemlər aşkar edilib".

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti sahibkarları bu tip hallarla qarşılaşmamaq üçün yanğından mühafizə qaydalarına əməl etməyə çağırır.

 

"Tövsiyyələrimiz ondan ibarətdir ki, yanğından mühafizə sistemlərini daim saz vəziyyətdə saxlamaq, o cümlədən yanğın su hovuzları da daxil olmaqla daxili su kranlarının komplektləşməsi, onların daim işlək vəziyyətdə olması da, hidrant şəbəkələrinin işlək vəziyyətdə saxlanılması o cümlədən yanğın xəbərverici siqnalizasiya qurğularının aktiv daimi işlək vəziyyətdə saz vəziyyətdə saxlanılmasıdır. Bu tələblərin yerinə yetirilmədiyi halda, onlar barəsində qanunvericilikdə nəzərdə tutulan zəruri tədbirlər tətbiq olunacaq".

 

Qeyd edək ki, bu il ərzində ümumilikdə 12171 yanğın hadisəsi qeydə alınıb.

 

Fidan