ADY piyadalara çağırış edib

Bölmə: Sosial › ,
Tarix: 21:43 21.12.2023

Azərbaycan Dəmir Yolları bir daha piyadalara çağırış edərək onları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edib.

 

Qeyd edək ki, bu il ərzində insanların qatar yoluna qəfil çıxması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xətlərini müəyyən olunmayan yerlərdən keçməsi ilə bağlı olub.

 

QSC-nin   İctimaiyyətlə Əlaqələr Şöbəsinin  müdiri Sənubər Nəzərova, məsələ ilə bağlı informator.az saytına müsahibə verib.

 

O, səbəbin piyadaların yol-hərəkəti qaydalarına riayət etməməsi və qadağan olunmuş yerdən keçmələri olduğunu bildirib.

 

"Bu halların baş verməməsi üçün insanlar yol hərəkəti qaydalarına riayət etməlidirlər. ADY öz növbəsində dəmiryolu xəttinə yaxın yerləşən ərazilərdə, xüsusi ilə orta məktəblərdə dəmiryolu xəttlərindən istifadə qaydaları haqqında maarifləndirmə görüşləri keçirir, TV və radiolar vasitəsilə əhaliyə çağırış edir".

 

Gülay Qəribova