Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri -Ekoloq açıqlandı
Bölmə: Sosial › ,Tarix: 21:37 22.12.2023
"Plastik tullantılar təbiətdə ən azı 500-1000 il qalır". Bu sözləri informator.az-a açıqlamasında Ekoloq Rövşən Abbasov deyib.
" Plastik tullantılar təbiətdə olmayan, təbiətə yad olan maddələrdən təşkil olunub və heç bir çürüməyə uğramadan ən azı 500-1000 il təbiyyətdə qala bilirlər . Bu cür tullantılar ətraf mühitə düşərkən həm ətraf mühitin estetik dəyərlərini azaldır həm də vəhşi heyvanların qida və hərəkət orqanlarını məhdudlaşdırır çox vaxt isə heyvanların həzm orqanlarına düşərək gec-tez onların ölümünə səbəb olur. Torpağa düşən plastik tullantılar torpaqda baş verən su, qurut və canlı mikroorqanizmlərlə bağlı olan bütün proseslərin fəaliyyətini dayandıra bilir ".
Ekoloq bildirir ki, plastik tullantılar həm də ətraf mühitin estetik görünüşünü pozur.
"Əgər biz ətraf mühitin yaxşı olduğu bir yerə səfər etdiyimiz zaman ətrafda plastik tullantıları görsək həmin an o ərazi gözümüzdən düşür çünki bu estetik mühitin azalmasına səbəb olan əsas amillərdən biridir".
Rövşən Abbasov qeyd edir ki, ölkəmizdə plastik tullantıların azaldılması üçün tədbirlər görülür.
"Ölkəmizdə artıq plastik tullantıların məhdudlaşdırılması üçün müxtəlif işlər görülür. Marketlərdə plastik torbalar müəyyən bir ödəniş məbləğində verilir. Qalınlığı 15 mikrondan az olan plastik torbaların satışı ümumiyyətlə Azərbaycanda qadağan olunub. İlkin monitorinqlər göstərir ki, bu cür tədbirlər öz müsbət təsirini verir.
Bundan başqa Bakı kimi iri şəhərdə tullantıların çeşidlənməsi zamanı plastikler ayrıca qabda çeşidlənir bu da onların təkrar emalı prosesini asanlaşdırır.
Hazırda Azərbaycanda plastik tullantıların daha da məhdudlaşdırılması üçün yeni qanunverci bazanın hazırlanmasına hazırlıq görülür və yaxın bir neçə ildə nəyinki plastik torba hətta plastik butulka və digər plastik əşyaların da istifadə olunmasında məhdudiyyətlərlə qarşılaşacağıq".
Aydan İsayeva