Benzinin keyfiyyəti

Bölmə: Sosial › ,
Tarix: 18:04 25.12.2023

Yanacaq sərfiyyatı artır, avtomobilin mühərrik və digər ehtiyyat hissələri tez-tez sıradan çıxır. Havalar soyuduqca sərfiyyatın artmağı başa düşüləndi. Amma sürücülərin səbəbinə gəldikdə isə "benzinin keyfiyyəti yoxdur", deyirlər.

 

Avtomobil mütəxəssisləri deyir ki, təmir mərkəzinə gələn avtomobillərin əksəriyyətində eyni problemlər müşahidə olunur. Onlar benzinin emal zavodunda düzgün təmizlənmədiyi qənaətindədirlər.

 

Mütəxəssis Sahil Ağabəyli deyir ki, yanacağın nə qədər yüksək keyfiyyəti olduqca avtomobildə o qədər güc, performans artır, farsunkalar gec dolur, katalizator sıradan çıxmır, bunların hamısı benzinin üzərindədi.

 

"Nə yaxşı xaricdən gələn, Avropadan və yaxud da Amerikadan, Koreyadan gələn avtomobillər gəlir heç baxıram ki, 50 min kilometr, heç 100 min kilometr bundan əvvələ həmin filterləri heç kəs yeniləməyib. Amma Azərbaycanda 20 min kilometrdən bir dəyişirsən, filterin içərisini açırsan ki, tamamilə sap-sarı qumlardı. Mən düşünürəm ki, emal zavodunda 92 yanacaqdan söhbət gedir, tam onu təmizləyə bilmirlərmi. Filterləri kəsib içərisinə baxanda mən görürəm ki, orda nə qədər elə vaxt olur ovucla sarı qum dənəcikləri olur".

 

Problemlə bağlı Azad İstehlakçılar Birliyindən isə bildirildi ki, ölkədə benzinin keyfiyyəti ilə bağlı narazılıq illərdir ki, davam edir. Və bu problem sadəcə "Aİ-92" ilə bağlı da deyil, eyni hal 95-də də yaşanır. Amma problemin həlli istiqamətində heç bir addım atılmır.

 

AİB-in sədri Eyyub Hüseynov təəssüflə bildirir ki, ölkədə müstəqil bir laboratoriya yoxdu ki, bunları biz analiz elətdirək.

 

"Elə bir laboratoriya ki, onun sənədi hüquqi sənəd kimi məhkəmələrdə tanınsın. Və bəzi avtomobil satışı və servislərdə benzinin oktan ədədini ölçə bilən cihaz da var. O cihazı da sanki hamsı bir gizli saxlayır. Yəni biz Azad İstehlakçılar Birliyi olaraq müstəqil bir iş apara bilərik lakin, əl yetərlilik mümkün deyil, nə laboratoriyalara nə də cihazlara. Və onlar bu vəziyyətdən sui-istifadə edirlər, yəni istədikləri kimi yanacağın tərkibini dəyişdirirlər və bundan da istehlakçılar əzab çəkir".

 

Amma məsələyə daha geniş çərçivədən baxdıqda isə deyirlər ki, benzinin keyfiyyətinin aşağı olması sadəcə fərdi sürücülərə mənfi təsir göstərmir. Burada daha böyük maliyyə itkisini yaşayan avtomobil satışını həyata keçirən şirkətlərdi.

 

Eyyub Hüseynov qeyd edir ki, təzə gələn avtomobillər Azərbaycan benzininə uyğun işləyə bilməyəcək.

 

"Tək-tək insanların zərər çəkməyi ilə bərabər eləcə də təzə avtomobil satan yerli şirkətlər də böyük zərər çəkir. Çünki onlar təzə avtomobilləri satanda zəmanət müddəti verirlər və mənə necə deyərlər qulağıma pıçıldayıb, qorxularından səslərin çıxarmırlar deyirlər ki, təzə avtomobili satırıq, kiçik bir zamanda qayıdır üstümüzə hələ onun zəmanət müddəti qurtarmamış mühərriki tez zamanda sıradan çıxır".

 

Bu problemlərin aradan qaldırılması üçün çıxış yolunu nəzarət mexanizmlərinin güclənildirilməsində, benzinlərin keyfiyyətini müəyyənləşdirən labaratoriyaların yaradılmasında görürlər.

 

Lamiyə