2023-cü ildə Jurnalistika fakültəsi

Bölmə: Sosial › ,
Tarix: 21:15 25.12.2023

2023-cü ilin son günlərində informator.az Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin il ərzindəki fəaliyyəti ilə bağlı  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevə müraciət etdi.



Samir Mirzəyev  açıqlamasına qeyd edir ki, 2023-cü il Jurnalistika Fakültəsi üçün yadda qalan hadisələr ilə ələmətdar il oldu.

 

 

"Bunlar içində əsas hadisə  budur ki, binamız təmirə bağlandı, bir semestr binadan çıxmalı olduq.  Göründüyü kimi, çox nəfis, gözəl şəkildə təmir işləri aparılıb. Bina tikiləndən bu yana ilk dəfə əsaslı təmir aparıldı. Təmirdən sonra tamamilə fərqli, yeni, gözəl dizayn olunan fakültəmizə geri döndük, bu da tələbələrin təhsilinə xeyli təsir etdi, keyfiyyətini artırdı.


Bunlardan əlavə, bu illəri Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib, o cümlədən də  fakültəmizin təşkilatçılığı ilə respublika elmi seminarı keçirildi, müxtəlif kanallarda Heydər Əliyev və media  mövzusunda görüşlər keçirildi ki, bu da faydalı görüşlər kimi qeyd edilə bilər".

 

Müsahib deyir ki, yeni ili bundan da yaxşı gözləyirlər. 

 


"Çünki 2023-ün yarısından normal fəaliyyəti bərpa etdik, amma yeni ildən etibarən qarşımızda bütöv bir il dayanır. Həmin il üçün fakültə olaraq planlarımız var. Tədbirlər, görüşlər və tələbələr ilə müxtəlif səfərlər, hamısı nəzərimizdədir".

 

Çimnaz Məmmədova