Marşrutların və avtobusların sayı artırılmalıdır-Aslan Əsədov
Bölmə: Sosial › ,Tarix: 17:03 26.12.2023
Hər il bayramda rayon və şəhərdaxili avtobus, taksilərin qiymətlərində artım müşahidə olunur. Nəqliyyat vasitələrində qiymət artımı əhalini çətin vəziyyətə salır. Bəs bu il də qiymətlərdə artım gözlənilir?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov informator.az-a verdiyi açıqlamada bildirdi ki, nəqliyyat vasitələrində artım təəsüf ki, artıq ənənə halını almışdır.
"Bunun başlıca səbəbi şəhərdaxili və rayonlara nəqliyyat vasitələrinin az olmasıdır".
Müsahib qeyd etdi ki, nəqliyyat vasitələri az olduğu üçün əhali arasında sıxlıq yaranır.
"Bu isə nəqliyyat vasitələri arasında rəqabətə çevrilir, qiymət artımına gətirib çıxarır. Yaxşı olar ki, nəqliyyat vasitələri ilə əlaqəli qurumlar, əsasən də AYNA bu işdə ciddi tədbir görsünlər".
Aslan Əsədov məsləhət gördü ki, marşrutların və istiqamətlər üzrə avtobusların sayı artırılmalıdır.
"Xüsusəndə orta və iri tutumlu avtobusların daşınmaya cəlb edilməsi ilə məsələ hardasa öz həllini tapar".
Sevinc Yarməmmədova