"İcbari Tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında" fərmanına dəyişiklik edilib
Bölmə: Sosial › ,Tarix: 19:02 26.12.2023
Prezident İlham Əliyev "İcbari Tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında" 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Bu barədə informator.az-a açıqlama verən sığorta eksperti İlkin İbrahim bildirib ki, 2023-cü ilə kimi işsiz vətəndaşların, sosial-müdafiə ilə bağlı vətəndaşların icbari tibbi sığortadan yararlanması ilə bağlı dövlət büdcəsindən ayrılacaq vəsait hesabına maliyyələşdiriləcək .
"Halbuki bu məsələ əvvəllər qeyd olunub və 2 il müddətinə təxirə salınıb".
Ekspert qeyd edib ki, 2024-cü il yanvarın 1-dən onlar öz hesablarına sığorta haqqı ödəməli idilər və ona uyğun olaraq onlara tibbi xidmətlər göstərilməli idi.
"Lakin bu məsələ ilə bağlı ölkə başçısı həmin şəxslərin daha 3 il müddətinə 2027-ci il yanvarın 1-nə kimi onların dövlət büdcəsi hesabına maliyyələşdirilməsini fərmanda qeyd edib".
Vüqar Alışov