Yeni il öncəsi bazarlarda qiymətlər nə yerdədir?-Ekspert açıqladı

Bölmə: Sosial › ,
Tarix: 20:37 26.12.2023

Yeni ilin gəlməsinə saylı günlər qalıb . Bayram ilə əlaqədar məlumdur ki, ərzaq məhsullarına tələbat artır, bu da bazarda süni qiymət artımına yol açır. Bəzi sahibkarlar tələbatın yüksəlməsini fürsət bilərək məhsulların qiymətini bahalaşdırırlar.

 

Mövzu ilə əlaqədar İnformator.az-a İqtisadçı ekspert Asif İbrahimov açıqlama verib.

 

 

Asif bəy bildirir ki, Azərbaycan xalqı bayram günlərinə xüsusi önəm verir.

" Azəbaycan xalqı istər novruz, istər yeni il bayramlarını öz evlərində keçirməyə üstünlük verir.

Belə olduğu təqdirdə ərzaq məhsullarına bayram günlərində tələblər artır. Bazarın da bir qaydası var ki, tələb təklifi formalaşdırır yəni daha çox tələb olunan məhsulun qiymətində bahalaşma müşahidə olunur".

 

 

Ekspert qeyd edib ki, təkcə ərzaq məhsullarında deyil, müştəri xidmətlərində də qiymət artımı müşahidə olunur.

" Eyni zamanda bu qiymət artımları müştəri xidmətlərinə də aiddir. Məsələn, əyləncə mərkəzlərinin, hotellərin qiymətləri bayram günlərində normal günlərə nisbətən 2-3 dəfə baha olur, bu da tələbin formalaşdırdığı məsələlərdir. Tələb artır bununla bağlı qiymətlər də artır".

 

 

Asif bəy vurğulayıb ki, bəzi hallarda sahibkarlar tərəfindən sui-istifadə halları da müşahidə olunur.

" Sahibkarlar düşünür ki, məsələn , hoteldə qiyməti 120 manat olan yeri 600 manata versəm də insanlar istifadə edəcəklər. Ona görə də bəzi hallarda qiymət artımının şahidi oluruq. Bazar iqtisadiyyatında bunla mübarizənin ancaq bir yolu var o da rəqabət yönümlü mühit yaratmaq".

 

Ekspert son olaraq qeyd edib ki, qiymətləri bazar özü formalaşdırdığı üçün yəni, tələb-təklif formalaşdırdığı üçün qiymətlərə müdaxilə etmək olmur.

 

Aydan İsayeva