Ağstafada evdə partlayış olub

Bölmə: Sosial › ,
Tarix: 21:37 26.12.2023

Bu gün səhər saatlarında Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində Hüseynovlar ailəsinə məxsus fərdi yaşayış evində meyit aşkar edilib.

 

Dərhal əraziyə cəlb olunan hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Məlum olub ki, içəridə həyatını itirən şəxs 26 yaşlı Elməddin Hüseynovdur.

 

Həyatını itirən şəxsin cansız bədəni evdən çıxarılaraq müayinə olunması üçün Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Ağstafa rayon regional mərkəzinə göndərilib.

 


Hadisə ilə bağlı mərhumun bacısı Pərnisə Hüseynova açıqlama edib.

 

" Bu gün mən səhər eşitdim ki, evdə meyidini tapıblar.  Biz gələndə dedilər ki, qonşunun gəlib tapıb. Dünən mi olub, gecə mi olub, bilinmir. İndi ekspertə aparılıb yəqin ordan bir cavab deyərlər amma onu blirik ki, deyəsən, qaz içəridə partlayıb o hala düşüb, pis gündə idi. Biz açanda pis vəziyyətdə gördük".

 


İlkin ehtimala görə, 26 yaşlı gən, təxminən iki-üç gün öncə həyatını itirib, onun ölümünə səbəb qazsızma nəticəsində qeydə alınan partlayış olub. Amma ən qəribəsi odur ki, hadisədən vaxtında heç kəs xəbər tutmayıb. Hazırda rayon prokurorluğunda faktın dəqiq səbəbi araşdırılır, əlavə məlumat yaxın günlərdə ictimaiətə açıqlanacaq.

Xəyalə Mürsəl