Vaşaq nədir və onun xüsusiyyətləri nələrdir

Bölmə: Maraqlı › ,
Tarix: 23:28 26.12.2023

Elmi adı Lynx olan vaşaq pişiklər fəsiləsinə aiddir. Vaşaqların dərisi çox qalın olduğundan soyuq iqlim şəraitində yaşaya bilirlər. Vaşaq, vəhşi heyvan, meşələrin və dağlıq ərazilərin içərilərində yaşayır. Öz çəkilərinə görə çox sürətli olan vaşaqlar adətən maral və antilop ovlayırlar. 

 

Vaşağın nəslinin kəsilib-keçilməməsi ilə bağlı təfərrüatları topladıq.Vaşaqların 4 növü olsa da, onlardan üçünün nəsli kəsilib. Vaşaq növlərini aşağıdakı kimi sadalamaq olar: 1- İberiya 2- Doru 3- Kanada vaşağı 4- Adi vaşaq.

 

Vaşaq nədir?

Vaşaq Kanada və Mərkəzi Afrika bölgəsində yaşayan ətyeyən heyvandır. Qışda bütün bədəni tüklə örtülü olan vaşaqlar həm isti, həm də soyuq bölgələrdə yaşaya bilirlər.

 

Vaşaqların xüsusiyyətləri hansılardır? 

1- Vaşağın orta çəkisi 22 - 30 kilodur. 2- Vaşaqlar ovlarına yaxınlaşarkən son dərəcə sakit və sürətli ola bilirlər . 3- Vaşaqların orta ömrü 7 ildir. 4- Dünyada ən çox rast gəlinən vaşaq növü Lynx Lynx-dir. Bununla belə, son on ildə adi vaşaqların sayı da azalıb. 5- Suya yaxın yaşayan vaşaqlar ördək və balıqlarla qidalanır. 6- Vaşaqlar bütün dünyada qorunub və ovlanması qadağan edilib .

 

Vaşaqların nəsli kəsilibmi? Vaşaqlar nəsli kəsilməkdə olan heyvanlardan biridir. Bunun ən böyük səbəbi vaşaqların tüklərinə görə ovlanması və insanların ov qadağalarına əməl etməməsidir. Dünyada 500-dən az vaşaq olduğu təxmin edilir.

 

Vüqar Alışov