Ədalətsiz tətil

Bölmə: Sosial › ,
Tarix: 23:39 26.12.2023

Məktəblərdə tətil günləri açıqlanıb. Bütün təhsil müəssisələrində tətil 31 dekabrda başlayır. Amma bitmə tarixi fərqlidi. Beşgünlük məktəblərdə ilk dərs günü 7 yanvar, altıgünlük müəssisələrdə isə 4 yanvardı. Başqa sözlə, beş günlük rejimdə işləyən məktəblərin şagird və müəllim heyəti 7 gün, altıgünlüklərdə 4 gün istirahət edə biləcəklər. Bu isə müəyyən narazılıqlara səbəb olur. 

 

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, bəzi məktəblərdə kifayət qədər şagird sayı çoxluğu məcburən artıq 6 günlük rejimə tədrisi nəzərdə tutur, yəni 1 növbə, 2 növbəli olmağına baxmayaraq artıq 6 gün müddətinə həmin orda təhsil alanlar üçün müvafiq olaraq dərs yükünə görə tənzimlənmə həyata keçirilir.

 

"Və belə olan halda da həmin o 6 günlük dərslərin tədrisi orda həm müəllim heyətinə, həm şagird heyətinə ümumi məktəb kollektivinə tətil günlərinin əlindən alınması anlamına gəlir. Biz bir tərəfdən Təhsil hüququnu bərqərar edirik, konstitusiyaya görə digər tərəfdən isə konstitusiyanın yenə təsbit etdiyi istirahət hüququnu əllərindən almış oluruq".

 

Əsasən əhalinin sıx olduğu ərazilərdə fəaliyyət göstərən altıgünlük məktəblərin sayının azalması üçün müəyyən addımlar atılmalıdır deyilir. 

 

Ekspert qeyd edib ki, biz harda ki sıxlıq var, əhalinin sıxlığı həmin ərazidə təhsil müəssisəsi yeni bir təhsil müəssisəsi yaratmalıyıq ki, sıxlıq azalsın və biz 5 günlüyə rahat keçid ala bilək.

 

"Eyni zamanda düşünürəm ki, Elm və Təhsil Nazirliyi dərs yükünə baxmalıdır. Bəzi dərslər var, bəzi fənnlər var ki onları həftəlik 2 saat yox məsələn 1 saat keçmək daha məqsədəuyğun ola bilər. Bəzi ölkələrdə artıq 5 günlük, hətta 4 günlüyə keçid alınıb. Çünki, məsələn Finlandiya kimi ölkə və ya Belçika kimi ölkələrdə eyni zamanda digər inkişaf etmiş ölkələr ki, var onlar düşünürlər ki, şagird nə qədər çox istirahət edərsə bir o qədər dərslərinə daha tez adaptasiya olar, dərsləri daha verimli ola bilər".

 

Təhsil nazirliyindən isə mövzuya aid heç bir münasibət öyrənə bilmədik.