Zəlzələ sonrası insan psixası-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:25 28.12.2023

"Zəlzələ elə bir prosesdir ki, heç vaxt insan bundan sığortalanmayıb. Son zamanlar Türkiyədə zəlzələ baş verdiyinə görə insanlar daha da təşviş vəziyyətinə düşdü. Ona görə də biraz qorxusu olan insanlarda bu qorxu daha da çoxaldı". -Bu sözləri informator.az-a açıqlamasında psixoloq Vəfa Rəşidova söyləyib.

 

Psixoloq bildirir ki, zəlzələ sonrası, təbii ki, insanlar təşvişli, həyəcanlı və gərgin olur, çünki zəlzələni hər insanın psixası qaldıra bilmir.

 

"Gərək nə qədər soyuqqanlı, buna alışqan bir şəhərdə, yerdə yaşayasan ki, artıq buna həyəcanlanmadan yanaşasan".

 

Vəfa Rəşidova qeyd edir ki, zəlzələ sonrası uzun müddət insanların daxilində qorxu qalır. 

 

"Həyəcan, təşviş pozuntusu olan insanlar daha çox həyəcanlanmağa başlayır. Eyni zamanda panikatakı olan insanlar daha da təşvişə düşürlər ki, onların panikası çoxalır. Çünki bu zəlzələdən sonrakı qalıntılardır ki, insan psixologiyası bəzi halları tez müddətdə atlada bilmir. Ona görə də ümumi, xüsusi bir zaman lazımdır ki, insanlar atlatsınlar. Bunun üçün etməli olduğumuz məqamlardan başlıcası düşüncə tərzimizə yön verə bilməkdən gəlir".

 

Psixoloq sonda zəlzələ sonrası insanlarda travmaların da müşahidə olunduğunu, xüsusilə, həssas olduqları üçün hipertoniyadan əziyyət çəkən insanlara ən çox təsiri etdiyini və ciddi narahatlıq yaşadıqlarını əlavə edir.

 

"Ümumi olaraq həssas, yaşlı insanlar bu dönəmdə soyuqqanlı olmağa diqqət etməlidirlər ki, sonradan fəsadları qalmasın", deyə psixoloq yekunlaşdırıb.

 

Çimnaz Məmmədova