Çox çalışan, oxuyan uşaqlarda həyacan-təşviş pozuntusu daha çox müşahidə edilir-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:59 28.12.2023

Məktəb dönəmində şagirdin stress yaşaması, bəzən tətildən sonra yenidən məktəbə başlamaq istəməməsi görülən hallar sırasındadır. Belə vəziyyət xüsusən valideynləri daha çox narahat edir. Psixoloq Samirə Bağırova informator.az-a verdiyi müsahibədə bu məsələyə açıqlama gətirdi.

 

Samirə Bağırova deyir ki, uşaqlarda təşviş-həyəcan pozuntusunu yaradan ya valideyn, ya da ətrafındakı həmyaşıdları olur.

 

"Stress əslində insanın ana duyğusu deyil, bu yad duyğu hesab olunur. Yəni başqalarının bizə keçirdiyi, bizdə yaratdığı duyğu. Üstümüzə gələndə, psixoloji basqı olduqda, əslində məsələn valideyn çox təşviş keçirir və bunu təkrar etməklə uşağa aşılamış olur. Yaxud, əsasən, dərslərində çalışqan olmayan, zəif biliyə sahib olanın böyük stresi olur imtahan öncəsi. Və bu qrup yaxud individual söhbətlər avtomatik olaraq özgüvənli olsa belə, yaxşı oxuyan uşağa təsirini göstərəcək. Təşviş-həyəcan pozuntusu adətən beyində, hazırki vəziyyətdən sonra nə olacağını təkrar- təkrar neqativ düşünməklə yaranır".

 

Samirə Bağırova bu cür narahatlıq və şübhə doğuran düşüncələrdən uzaq olmağın effektiv yolunun çevrədəki insanlarla qurduğumuz ünsiyyətə diqqət verməkdə görür.

 

Çimnaz Məmmədova