Dəm qazı təhlükəsindən necə qorunmaq lazımdır?-Ekspert açıqladı
Bölmə: Sosial › ,Tarix: 20:40 28.12.2023
Payız-qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar olaraq istiliyə olan təlabat artır. Bu da öz növbəsində qızdırıcı avadanlıqlarına olan tələbatı artırır. Qızdırıcı seçərkən yalnız standartlara cavab verən, rəsmi akkreditasiyadan keçmiş və sertifikasiyası olan məhsullara üstünlük vermək lazımdır. Bu barədə İnformator.az-a Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev açıqlama verib.
Elmar bəy bildirib ki, qızdırıcı cihazlar qurlaşdıran zaman yalnız peşəkar şəxslərə müraciət etmək lazımdır.
" Qızdırıcı cihazları qurlaşdıran zaman yalnız peşəkar şəxslərə müraciət etmək lazımdır. Peşəkar şəxslər dəyəndə yəni bu işlə məşğul olan rəsmi müəssisələrin əməkdaşlarına müraciət edilməlidir. Bu sahədən başı çıxan qohumlara müraciət edib istilik sistemlərini qurlaşdırmağı onlara həvalə etmək olduqca təhlükəldir.
Bu cür avadanlıqlar quraşdırılan zaman təhlükəsizlik qaydalarına əməl edilməlidir . Bu avadanlıqların quraşdırılması zamanı otağın həcmi nəzərə alınmalıdır, otaqda yerləşdirilən qaz sobasının həcmi, harada yerləşdirilməsi , otaqda havalandırma sistemi və bu kimi məsələlər nəzərə alınmalıdır".
Ekspert qeyd edib ki, qaz cihazları qurlaşdırılan zaman qeyri-metal borulardan istifadə etmək olmaz.
"Qaz cihazlarını otağa qeyri- metal borularla çəkmək olmaz. Bir otaqdan digərinə reyzin, qeyri-metal borularla qaz ötürmək olmaz. Yalnız və yalnız hansı otaqda istifadəsi nəzərdə tutulubsa, qaz həmin otağa metal borularla çəkilməlidir.
Yaxşı olar ki, su qızdırıcılarından hamam otağında istifadə edilməsin əgər qızdırıcı hamam otağında olarsa otağın hündürlüyü nəzərə alınmalıdır otağın minimum 2 metr 20 sm hündürlüyü olmalıdır. Bəzi evlərdə hamam otaqlarının kvadratları azdır və bu otaqlarda qızdırıcılar olub nəfəslik olmadıqda təhlükə yaradır, yanma prosesi düzgün getmir və nəticədə dəm qazı yaranır. Dəm qazı natamam yanma prosesi olan zaman yaranır .Ona görə də hamam otağında qızdırıcılar qurlaşdırılanda hamam otağının həcmi nəzərə alınmalıdır , otaqda nəfəsliklər olmalıdır və nəfəslik daim açıq olmalıdır. Qapının aşağısında dəlik olmalıdır .
Hesab edirəm ki, bu məsələyə daha ciddi yanaşılmalıdır hər gün bu kimi xəbərlər eşidilir ona görə də təhlükəsizlik məsələsinə diqqət yetirilməlidir".
Ekspert bildirir ki, kombi sistemi daha təhlükəsizdir.
" Statistikaya nəzər yetirsək görərik ki, hamam otağı kombi vasitəsilə təmin olunan istilik sistemində qaz sızması halları yaşanmır. Amma hamam otağının içində su qızdırıcısı varsa mütləq ciddiyə alınmalıdır, yüksək standartlara cavab verən qaz cihazı olmalıdır. Hesab edirəm ki, standartlara cavab verən qaz cizahlarına üstünlük verilsə, qurlaşdırılan zaman təhlükəsizlik qaydalarına əməl olunsa ,nəfəslik, havalandırma sistemləri işlək olarsa bu hallarla az qarşılaşarıq.
Qızdırıcı çənlərin bacaları mütləq tez-tez təmizlənməlidir. Qaz cihazlarını qurlaşdırıb aylarla, illərlə bacası təmizlənmir yaxud tüstü bacası külək tutan istiqamətə çıxarılır və küləkli havada istilik sistemindən istifadə olunarsa həmin qaz baca vəsitəsilə içəri vurur. Bu da yanma prosesini pozur və dəm qazı yaranır".
Elmar bəy son olaraq vurğulayıb ki, evdə dəm qazı dedektoru olmalıdır.
"Evdə həm dəm qazı həm də qaz sızması əleyhinə dedektorlar olmalıdır. Bunların işi olduqca funksionaldır qaz sızması olan kimi siqnalizasiya işə düşür və istifadəçiyə məlumat verilir.
Dəm qazı iysizdir, rəngsizdir, gözlə görmək olmur. Nəzərə almaq lazımdır ki, otağa dəm qazı dolarsa həmin otağın havasının 0.1 faizi kifayət edir ki 7 dəqiqədən sonra insan həyatına son qoysun".
Aydan İsayeva