Bu gün deputatlardan daha çox əmək haqqı verilən sahələr var-Azər Badamov

Bölmə: Sosial › ,
Tarix: 16:02 29.12.2023

“Nə 12-ci, nə 13-cü əməkhaqqı var. Ancaq deputatın aylıq əməkhaqqısıdır. İldə 3 dəfə mükafat alırdıq, bunlar da ləğv olundu”.-Bu fikirləri deputat Siyavuş Novruzov Müsavat TV-nin canlı efirində bildirib.

 

Bu barədə informator.az-a açıqlama verən Milli Məclisin üzvü Azər Badamov bildirib ki, bu gün deputatlardan daha çox əmək haqqı verilən sahələr var.

 

"Kim çətinliyə düşürsə, deputatın yanına gəlir və ondan yardım istəyir. İşə düzəlmək istəyən də, xəstə də, hüququ pozulan da, evdə ailəsi ilə yola getməyən də deputatın yanına gəlib kömək istəyir. Bir tərəfdən deputata ümüd yeri kimi baxırlar, digər tərəfdən tənqid hədəfinə çevirirlər".

 

O, deyir ki, cəmiyyət öz deputatını müzakirə edib ucuzlaşdırmağa yox, ona dəyər verməyə öyrəşməlidir.

 

"Dünyanın heç bir ölkəsində bizdəki kimi deputatları əmək haqqına görə müzakirə edilən ikinci ölkəni görmədim".

 

Deputat qeyd edir ki, Avropada əmək haqqının nə qədər olduğunu soruşmağın ümumiyyətlə ayıb hesab olunur.

 

"Heç kim heç kimdən əmək haqqının nə qədər olduğunu soruşmur. Lakin, burada tam fərqlidir".

 

Azər Badamov bu məsələni mətbuatın işıqlandırmasına toxunub.

 

"Bizdə isə mətbuat deputatın əmək haqqısını müzakirə mövzusuna çevirir. Mətbuatın müzakirə etməyə kifayət qədər vacib məsələləri oduğu halda deputatları bu qədər gündəmə gətirməyini düzgün hesab etmirəm".

 

Kərimova Aytac