İmtahan stressinə necə qalıb gəlmək olar?-Psixoloq açıqladı

Bölmə: Sosial › ,
Tarix: 17:42 29.12.2023

İki cür həyacan var xoş yəni normal həyəcan bir də anormal həyəcan bu anormal həyəcan neqativ düşüncələrdən ibarətdir. Həmin neqativ düşüncənin təməlində də özgüvənsizlik və ailə basqısı dayanır . Mövzu ilə əlaqədar İnformator.az-a Klinik Psixoloq Mədinə Rəsulzadə 

açıqlama verib.

 

 

Mədinə xanım bildirib ki, önəmli olan nə istəmək deyil, nə düşünməkdir.

" Basqıya məruz qalan uşaq avtomatik olaraq düşünür ki, mən qəbul olmayacam və zehnimizin işləmə mexanizmasi elədir ki, bizə nə istədiyimiz deyil nə düşündüyümüz önəmlidir . Uşaq universitetə qəbul olmaq istəyir amma qəbul olmamaq, səhv cavablar yazmaq , yaxşı nəticə göstərə bilməmək haqqında düşünürsə stressə, olmazlara qapılır . Uşaq bu olmazları ona görə düşür ki, özünə güvənmir və ailədən ona qarşı o qədər çox gözlənti var ki, uşaq qorxu altında olur".

 

 

Psixoloq qeyd edir ki, nə şiddətlə qadağan edilsə beynimizdə o düşüncələr daha da aktivləşir.

" İnsan zehninə nə şiddətlə qadağan edilsə, o haqda düşüncələr daha çox aktivləşir . Uşaqlara basqı edərlərsə uşaqların özünə güvəni düşər və uğursuzluq ehtimalı daha da artar. Yaxşı olar ki, valideynlər belə hallarda uşaqlara onların ən xırda uğurlarını belə xatırlatsınlar. Potensiallarını uşaqlara xatırlatmaq lazımdır".

 

 

Mədinə xanım son olaraq vurğulayıb ki, uşaqlar özlərini xəyal etdikləri həyata layiq görməlidirlər.

"Abituriyentlər vizualizasiya deyilən texnika ilə olması istədiyi şeyi gözlərində canlandırmaqla stressi azalda bilərlər. Yəni beyin qəbul olmadığını düşünsə ona inanacaq və o olacaq ona görə də abituriyent hər gün müəyyən bir vaxtını ayırıb özünü universitetdə, mühazirədə, dərsdə düşünsə, olmasını istədiyi şeyi gözünün önünə gətirsə o zaman biləcək ki, o bunlara layiqdir və o, stressə qalib gələcək".

 

Aydan İsayeva