Mətbuat konfransında bir sıra əhəmiyyət daşıyan siyasi proseslərə aydınlıq gətirilib
Bölmə: Sosial › ,Tarix: 17:48 29.12.2023
2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yadda qalacaq. Ərazi bütövlüyünün bərpasından sonra ölkəmizin qarşısında duran bir çox vacib siyasi məsələlər var. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev mətbuat konfransında bir sıra əhəmiyyət daşıyan siyasi proseslərə aydınlıq gətirib.
Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra qarşısında duran əsas məsələlərdən biri Ermənistanla sülh sazişinin imzalanmasıdır. Fərid Şəfiyev deyib ki, bu istiqamətdə hər iki ölkə davamlı addımlar atır.
"İndi hədəfimiz sülh sazişidir və sülh sazişinə biz çox yaxınıq. Görünən odur ki, ən əsas mübahisəli məsələlər demək olar ki, 0-a enib. Qarabağla bağlı, onun statusu sonra əhalinin təhlükəsizlik və haqqlar haqqında orda məsələlər var idi, ermənilər təkid edirdilər, amma sentyabr ayından vəziyyət dəyişdi. İndi bu daha sonra ermənilərə yəqin ki qərbdə bəzi məsləhətçilər var, demişdilər ki, ora qaçqınların qayıtmasını məsələsini orda əks olunsun, bizdə haqlı olaraq orda öz tələbimizi irəli sürdük ona görə də çox güman ki nə o, nə bu əksini tapmayacaq".
Azərbaycan və Ermənistan arasında sülh sazişindən sonra vacib olan digər məsələ dövlətlərin sərhədlərinin müəyyən edilməsidir. Bu proses sülh sazişində əksini tapmayacaq.
BMTM-in İdarə Heyətinin sədri əlavə edib ki, demarkasiya, delimitasiyayla bağlı bu ümumiyyətlə uzun bir prosesdi, sənədə daxil olunmayacaq.
"Biz bilirik ki, o məsələ məsəl üçün Gürcüstanla hələdə biz bunu həll etməmişik, 70 faiz həll olunub. Əsas o prinsiplər razılaşsın. Daha sonra o texniki demarkasiya mərhələsi uzun çəkir, Rusiyaynan hardasa 25 il çəkdi ona görə yenə deyirəm, sülh sazişi vacib bir məsələdir".
Bakı ilə İrəvan arasında siyasi proseslərin davam etdiyi müddətdə Ermənistan tərəfi digər bir sıra dövlətlərlə əlaqələrini genişləndirməyə çalışır. Bu müstəvidə ən çox diqqət çəkən, bu ölkənin gələn il Təbrizdə konsulluğunun açılması planıdır. Və bu məsələ Azərbaycana mesaj kimi dəyərləndirilməlidir.
Fərid Şəfiyev qeyd edib ki, mən bir çox problem görürəm. İran Azərbaycana qarşı münasibətində yəni səmimi və ardıcıl deyil.
"Ona görə bəli, təbii ki, Ermənisan-İran suverən dövlət olaraq Ermənistanla hər hansı bir əlaqələri inkişaf eliyə bilər amma biz neçə il gözləmişik. Orda bir sıra məqamlar da var, həll olunmur. Amma Ermənistanla əlaqələr görürük ki, tez və çevik həll olunur".
BMTM-in İdarə Heyətinin sədrinin sözlərinə görə, Fransa aydındır ki, açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır.
"3 dəfə təhlükə şürasında sənəd irəli sürülüb, uğursuz olub, sonuncu dəfə iyul ayında, 1 ci dəfə 2-ci qarabağ müharibəsində, 2-ci dəfə 22-ci ildə, iyul ayında 3-cü dəfə çalışmışdılar və məndə olan məlumata görə, yənə də payız aylarında 4-cü dəfə təhlükəsizlik şurasında bu məsələni qaldırmaq istəyirlər. Ona görə bu gərginliyi biz yaratmamışıq, gərginliyi Fransa yaradıb".
Fransanın yaratdığı gərginliklərdən biri də Ermənistanı silahlandırmasıdır. Fərid Şəfiyev onu da əlavə etdi ki, İrəvan və Paris arasında baş tutan hərbi əməkdaşlıq Azərbaycanı ən çox narahat edən məqamlardandır. Baxmayaraq ki, ermənistana tədarük olunan silah və texnikanın keyfiyyətsiz olduğu, hətta müharibə şəraitində olan Ukraynanın belə bu silahları qəbul etmədiyi üzə çıxdı.