Sığorta stajının müddəti azaldılıb

Bölmə: Sosial › ,
Tarix: 19:37 29.12.2023

Prezident İlham Əliyevin fərmanına görə, Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb. Sığorta stajının müddətinin azalmasının insanlara nə kimi xeyri var? 

 

Məsələ ilə bağlı sığorta eksperti İlkin İbrahim informator.az-a açıqlama verib. İlkin İbrahim bildirib ki, sığorta stajının azalmasına dair dəyişikliklər edilib. 

 

‘’Dəyişiklik odur ki, əvvəl biz 36 ay fasiləsiz olaraq işləməli idik ki, öz iradəmizdən kənar işdən çıxarılan zaman işsizliklə bağlı sığorta müavinəti verilsin. Artıq bu 36 aydan, 24 aya endirilib’’.

 

Ekspert bildirib ki, vətəndaşlar artıq 24 ay yəni, 2 il müddətində fasiləsiz olaraq işləyərsə, işdən çıxma və ya çıxarılma hadisəsi olarsa, müqavilə müddəti bitərsə, o zaman sığorta konvensiyası verilə bilər. 

 

‘’Müddətin azalması vətəndaşlar üçün yaxşı hal olaraq qiymətləndirilir’’.

 

Sevinc Yarməmmədova