Bakıdakı 10 manatlıq ətlər-Ekspertdən XƏBƏRDARLIQ

Bölmə: Sosial › ,
Tarix: 19:22 02.01.2024

Bakının  "8-ci km bazarı"nda  10 manata mal, 11 manata isə qoyun əti satılır.

 

Qida eksperti Ağa Salamov sözügedən məsələ ilə bağlı informator.az- a açıqlama edib. Ekspert qeyd edir ki, bu ətlərin mənşəyi məlum olmalıdır.

 

"Bu ətlər baytar nəzarətindən keçib? İstehlakçı əti alanda ən azından baytar  sertifikatının kopyasını görməlidir,orjinalının göstərilməsi daha yaxşı olar.   Baytarın möhürü, imzası, tarixi və günü hamısı orada olmalıdır. Yazılmalıdır ki, bu heyvan həqiqətən sağlamdır və kəsimə yararlıdır və onların da baytarlıq sertifikatı olmalıdır".

 

Müsahib əlavə edir ki, burada şübhə doğuran məqamlar var.

 

"11 manata qoyun əti indiki dövr üçün biraz absurd görünür və şübhə doğurur. Bu zaman həmin qoyun ətlərindən şahid nümünələr götürülməlidir".

 

Ekspertin sözlərinə görə,  bu ətin nə olduğu, yaşlı heyvanın əti və ya mikrobiyoloji çirklənməyə məruz qalmış ət olub-olmaması müəyyən edilməlidir.

 

"Eynisi mal əti üçün də keçərlidir. İnsanlar çalışsınlar ki, soyuducu ilə təchiz olunan şöbələrdən, ət müəssisələrindən ət alsınlar. Açıq havada sallaq şəkildə, saatlarla qalan əti almasınlar. Əti yusalar belə ət  üç saatdan çox açıq hava temperaturunda və yaxud otaq temperaturunda qalarsa, artıq orada bakteriyalar çoxalacaq , bu da qida zəhərlənməsinə gətirib çıxara bilər".

 

Ağa Salamov sonda vətəndaşlara  məsləhət edir ki, əti alanda da diqqətli olsunlar, ətin rənginə baxsınlar.

 

"Şirə salan, rəngi qaralmış, göyərmiş, yaşıla  çalan rəng,  ət olmasın. Qoxusunda da dəyişiklik olmayan ətlərə üstünlük versinlər".

Lalə Qafarova