Sərnişin və yük daşıma qaydalarını pozan taksilərə cərimə nə vaxtdan tətbiq ediləcək? -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:26 02.01.2024
Buraxılış kartı olmadan və ya sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi fəaliyyəti göstərən şəxslər 40 manat məbləğində cərimə ediləcəklərinə dair qərar qəbul edilib. “İnzibati tənbeh vermə haqqında” Qərar qüvvəyə mindiyi gündən- 1 il müddətinə qanun pozuntusu tənbeh alan şəxs tərəfindən təkrarlanarsa, bu məbləğ 80 manat təşkil edəcək. Qeyd edilən qanunun 01 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minəcəyini bildiriblər. Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov İnformator.az ilə fikirlərini bölüşüb.
Aslan Əsədovun fikirlərinə görə, taksi fəaliyyətinin icazəsi ilə bağlı olan bir sistem yaradılmalıdır.
"Bununla bağlı, bir neçə məsələlərə aydınlıq gətirilməlidir. Hazırda bu proses yekunlaşmadığı üçün hər hansı şəxslərin cərimələnməsi yaxud onların müəyyən dərəcədə fəaliyyətlərinin məhdudlaşdırılması mümkünsüzdür. Ona görə bu sistem tətbiq edilənə qədər kiməsə cərimə yazılması gözlənilmir. Qanunların bu və digər formada tətbiq edilməsi, cərimələrin yazılması müəyyən tarixə qədər təxirə salınacaq".
Fatimə Mustafayeva