İdmançıdır deyə, qarşı cinsə əl qaldıracaq deyil-Psixoloqdan ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 21:41 02.01.2024
Yaxın günlərdə kikboksçu Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyüldüyü ilə bağlı məlumat yayılıb. Bu barədə o, şəxsi "instagram" hesabında qeyd edib və hadisənin xəyanət üstündə baş verdiyi söylənilir. Beləki, aralarında yaranan mübahisə zamanı oğlan xanıma çoxsaylı zərbələr endirib. Məsələ ilə bağlı psixoloq Gülnar Orucova informator.az-a açıqlama verib.
Psixoloq qeyd edir ki, son zamanlarda hər hansısa bir narahatlıq yaşayan, zorakılıq görən şəxslər ilk olaraq sosial şəbəkələr üstündən problemlərini paylaşırlar.
"Hər birimiz problem yaşaya bilərik, lakin bunu sosial platformalarda müzakirə obyektinə çevirmək düzgün addım sayılmır. Əgər hər hansısa bir qanun pozuntusu varsa, bu zaman hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. İdmançıdır deyə, qarşı cinsə əl qaldıracaq deyil. İcra orqanlarının vəzifəsi hadisələrdən sosial şəbəkələr üzərindən məlumat toplamaq deyil".
Gülnar Orucova eyni zamanda qeyd edir ki, beləki, bu platformalarda istifadəçilərin əksəriyyəti mövzuyla bağlı məlumatı olmadan təqsirli fikirlər söyləyib şəxsə təsir göstərmiş olurlar ki, bu heç də doğru hesab olunmur.
"Mən belə düşünürəm ki, bu tip məsələləri daha çox özləri arasında həll etməlidirlər".
Müsahib deyir ki, hadisənin xəyanət üstündə olmasına gəlincə isə, əgər belə bir hal baş veribsə, onu heç müzakirə etmədən, qarşı tərəfdən uzaqlaşmaq lazımdır.
"Amma ediləcəksə də, mövzuya emosional olaraq gərgin vəziyyətdə olmayıb və düzgün şəraitdə edilməsi lazımdır. Hər bir halda münasibətdə şiddət olmamalıdır. El arasında belə ifadə var ki, "kiminsə qızını aldım", mənə görə bu fikir heç də doğru deyil, çünki o qız əşya deyilki onu alasan, onunla ailə qura bilərsən".
Psixoloq sonda əlavə edir ki, münasibəti doğru insanlarla qurmaq lazımdır.
"Problemlər hər bir ailədə, münasibətlərdə yaşana bilər və bunu anlaşıqlı şəkildə aradan qaldırmaq vacibdir. Anlaşılmazlıqlar yaşandığı təqdirdə isə bunu mütləq şəxsin ailəsi və ya psixoloqla həll etmək məsləhətlidir".
Aytac Kərimova