Psixoloqa müraciət etmək eyibdir?-Samirə Bağırova AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 18:43 03.01.2024
Zaman dəyişib, texnologiya inkişaf edib və etməkdədir. Keçmişə nəzərən insanların düşüncələrində də müəyyən fərqlər mövcuddur. Lakin hələ də cəmiyyət arasında yaxşı qarşılanmayan hallar var. Məsələn, bir sıra insanlar psixoloqa müraciət etməyi hələ də ayıb hesab edir. Bəs onları bu düşüncəyə vadar edən nədir?
Məsələ ilə bağlı informator.az-a açıqlama verən psixoloq Samirə Bağırova bildirir ki, biz çox məsələlərdə geri qaldığımız kimi təbii ki, bu mövzuda da köhnə fikirdə qalmışıq.
"Dünən gənc xanım seansa yazılıb, deyir bura gələnə qədər anam deyir ki, sən niyə psixoloqa yazılmısan, məndən nə isə gizlədirsən yoxsa dəlisən ki, psixoloqa gedəsən? Yaxud nəsilə mən ağıl, məsləhət verirəm psixoloq məndən çox bilir ki? Dəyişməyən tabular, münasibətlərin kultu, yəni nə olursa olsun, münasibətə ziyan gəlməsin, hərçənd ziyan elə münasibətdən gəlir kimi yanaşmalarla tez- tez qarşılaşıram".
Psixoloq qeyd edir ki, məsələ burasındadır ki, bəli ola bilir, insanın geniş bilik və həyat təcrübəsi doğru tövsiyələr verməsinə imkan yarada bilər. Nəticə etibarilə psixoloqla eyni fikir səsləndirə bilər. Amma yanaşma tərzi və doğru kəlmələr istifadə edə bilməməsi anlaşılmazlığa gətirib çıxarır".
Samirə Bağırova vurğulayır ki, psixoloq yad insan olduğu üçün müraciət edənin hər sözünə düzgün təhlil üçün daha içdən, daha diqqətli yanaşma edir.
"Yaxın insan sadəcə vəziyyəti görür, insanın daxili emosiyaları, düşüncəsi,hiss etdikləri önəmli olmur, çünki vəziyyəti özü ilə müqayisə edib, qiymətləndirir".
Aynur Babayeva