İnfrastruktur baxımından əlverişli ərazilərin olmaması şagird sayının azlığına səbəb olur-İlqar Orucov

Bölmə: Sosial › ,
Tarix: 16:05 04.01.2024

Ölkəmizdə cəmi bir şagirdi olan yeddi məktəb fəaliyyət göstərir. Həmin məktəblər İsmayıllı, Quba, Lerik (hərəsində 2 məktəb) və Ağsuda (1 məktəb) mövcuddur. Maraqlıdır ki, şagird sayının bu qədər az olmasının səbəbi nədir? Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov İnformator.az ilə fikirlərini bölüşüb. 

 

 

İlqar Orucovun fikirlərinə görə, ölkəmizdə 1 şagird olan 7 məktəbin fəaliyyət göstərməsi ilə bağlı təhsil nazirinin Azərbaycan Müəllimləri Qurultayındakı çıxışından sonra bu məsələ gündəmə gəldi. 

 

"Azərbaycanda məktəblərdə 1 şagirdin olması halları mövcuddur. Elə kəndlər var ki, orada əhali sayı kifayət qədər azdır. Bəzi ucqar kəndlərdə məktəbə getmək üçün böyük məsafə mövcuddur. Ona görə də həmin məktəblərdə şagird sayı kifayət qədər azdır. Hər bir uşağın konstitusiya hüququ baxımından təhsil almaq hüququ vardır". 

 

 

Ekspert qeyd edir ki, kəndlərdə infrasturuktur baxımından əlverişli ərazilərin olmaması şagird sayının azlığına səbəb olur

 

"Elə yaşayış məntəqələri var ki, orada əzəldən bəri insan yaşayışı az olub. Bu baxımdan dövlət həmin şagirdlərin təhsil almasını təmin etməyə borcludur. Əgər hər hansı bir məntəqədə bir şagird varsa, həmin yerdə məktəb açılması zəruridir. Düşünürəm ki, burada məktəbin saxlanması, tədris edən müəllimlərin əmək haqqı üçün kifayət qədər maliyyə vəsaiti sərf olunur. Dövlət öz vətəndaşının təhsil almaq hüququnu tanıyır və təhsil alması üçün şərait yaradır". 

 

Fatimə Mustafayeva