İndi evdə barmağını kəsən təcili yardım çağırır-Həkimdən ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 18:19 04.01.2024
Son zamanlarda təcili tibbi yardım maşınlarının gec gəlməsi və azlığı səbəbindən dolayı şikayətlər artır. Hətta bu gün 2-ci mərtəbədən yıxılan yeniyetməyə çağırılan təcili yardım gəlib çıxmayıb.
Məsələ ilə bağlı professor həkim Adil Qeybulla informator.az-a açıqlamasında bildirib ki, Azərbaycanda olan təcili təxirə salınmaz sistemi Sovet modelidir. Bu model özünü doğrultmur.
"Təcili tibbi yardım sistemi bizdə Qərb təbabətinə uyğun deyil. Ən xırda problemdə belə təcili tibbi yardım çağırılır, dünyanın heç bir yerində belə bir sistem yoxdur. Təcili təxirə salınmaz yardım xüsusi bir yardım sistemidir, çox ağır bir vəziyyətə düşən şəxslərin xilasına xilasına xidmət etməlidir".
Həkim qeyd edib ki, dünyanın hər yerində ailə həkimləri var. Azərbaycanda ailələrin, ailə həkimləri olmaldır.
"Hər bir fərdin xəstəliyi barədə ailə həkiminin məlumatı olmalıdır. Yoxsa hər kəs ən xırda problemdə təcili yardım çağırır. Və bu da gecikmələrə səbəb olur".
Müsahib eyni zamanda qeyd edib ki, bu gün Bakı şəhərindəki əhali sıxlığı var. Həkim əhalinin sayına uyğun deyil.
"Təcili yardım maşını hava yolu ilə gəlmir, tıxaca düşür. Demək olar ki, hər gün təcili yardım maşınlarının tıxaclarda qaldıqlarının şahidi oluruq".
Adil Qeybullanın sözlərinə görə, indi evdə barmağını kəsən təcili yardım çağırır.
"Bu da təcili yardım maşınlarının gecikməsinə səbəb olan faktorlardandır".
Həkim məsələnin həll yolunu Sovet modelindən imtina edib, Qərb modelinə keçməkdə görür.
Vüqar Alışov