Qidalar bənzədikləri orqana faydalıdır

Bölmə: Sosial › ,
Tarix: 20:58 04.01.2024

Sağlam qidalanma vərdişlərinin ön plana çıxdığı günümüzdə bir çox elm adamları hansı qidanın hansı orqan üçün faydalı olduğu ilə bağlı araşdırmalar aparırlar. İşinizi asanlaşdırmaq üçün bənzədiyi orqana sağlamlıq aşılayan bu qidaları bir araya gətirdik. Unutmayın ki, təbiət qidaların bədəninizdə hansı orqanlar üçün yaxşı olduğuna dair bəzi ipucular verir.

 

Zəncəfil (Mədə)

 

Tibb elminin inkişafından əsrlər əvvəl də mədə üçün faydaları ilə tanınan zəncəfildən qusma və dəniz tutması kimi problemlər üçün geniş istifadə olunurdu. B6, C vitaminləri, kalsium, kalium və maqnezium baxımından zəngindir və mədə ilə bağlı həzm problemlərinin müalicəsində də istifadə olunur. 

 

Kartof (Mədəaltı vəzi) 

 

Kartof diabet xəstələrinin qlisemik indeksini tarazlaşdırır və mədəaltı vəzinin sağlam işləməsini təmin edir. Zəngin vitamin B6 qaynağı olan bu qida mədəaltı vəzi xərçəngi başda olmaqla bir çox xərçəng növləri ilə mübarizə aparır və yaşlanma əleyhinə xüsusiyyətləri ilə tanınır. 

 

Göbələk (Qulaq)

 

Yarıya kəsildikdə insan qulağının formasını xatırladan göbələk D vitamini ilə zəngin qida olduğu üçün qulaq sağlamlığını qoruyur və eşitmə itkisinin qarşısını alır. 

 

Pomidor (Ürək)

 

Ürəyin ən vacib ehtiyacı olan likopenlə zəngin olduğu üçün, demək olar ki, ürəklə əlaqəli bütün xəstəliklərin qarşısını almaq xüsusiyyətinə malikdir. Həm də ürək üçün faydalı olan C vitamini mənbəyidir.

 

Üzüm (Ağciyər)

 

Heç düşünmüsünüz ki, üzüm salxımları ağciyərə bənzəyir? Ağciyərlərdə oksigeni qana ötürən alveolların təbii qaynağı olan üzüm ağciyər xərçəngi və allergik astma riskini minimuma endirir. 

 

Qoz (Beyin)

 

Qıvrımları və iki lobu ilə insan beyninə bənzəyən qoz beyin sağlamlığını və hüceyrələrarası siqnal ötürülməsini çox dəstəkləyir. Beynin ən vacib ehtiyaclarından olan omeqa-3, fol turşusu və E vitamini ilə zəngindir. O həmçinin Alzheimer xəstəliyi ilə də mübarizə aparır. 

 

Soğan (Hüceyrə)

 

Araşdırmalara görə, dilimləndikdə bədən hüceyrələrinə bənzəyən soğan bədən hüceyrələrindən bütün zərərli tullantıları təmizləyir. Buna görə də soğan bir çox xəstəliklərdən qorunmaq üçün çox təsirli bir qidadır. 

 

Kərəviz (Sümük) 

 

Bənzər bir sümük quruluşuna sahib olan kərəviz sümüklərdə yüzdə 23 nisbətində olan çox güclü bir natrium qaynağıdır. Bu, sümük sağlamlığını dəstəkləməyə və osteoporozla mübarizə aparmağa imkan verir. 

 

Kök (Göz)

 

Dilimləndikdə gözə bənzəyən yerkökü tərkibindəki beta-karotin sayəsində göz xəstəliklərinin və kataraktaların qarşısını alır. Mütəxəssislər kiçik yaşlarından müntəzəm olaraq kök qəbul etməyi məsləhət görürlər.  

 

Mənbə: iyihisset.com

Tərcümə etdi: Məryəm Abdullazadə