Uşaqlara cinsəllik elə öyrədilməlidir ki...-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 14:06 05.01.2024

"Ümumdünya Səhiyyə Təşkilatı yeniyetməlik yaş dövrünü 9-25 yaş arası olaraq açıqlayıb. Bu məlumatdan o nəticəyə gəlirik ki, yeniyetməliyin başladığı dövr həmdə cinsi oyanaqlığın erkən başlayacağının xəbərçisidir".- Bu sözləri informator.az-a açıqlaması zamanı psixoloq Əfsanə Rüstəmova bildirib.

 

Psixoloq düşünür ki, təhsil sistemində cinsəllik mövzusuna müəyyən qədər yer vermək lazımdır. 

 

"Biz uşaqlara yeniyetməliyə girərkən cinsi istəklə necə davranılmalı olduğunu öyrətməliyik".

 

Əfsanə Rüstəmova qeyd edir ki, 17 yaşlı uşağın evləndirilməsinə gəldikdə isə biz burada qanunvericiliyə müraciət etməliyik.

 

"Qanunvericilikdə xüsusi halları çıxmaq şərti ilə 18 yaşına çatmayan şəxslərin evliliyinə icazə verilmir. Biz çox vaxt 15-16 yaşında uşaqlarda xoşlantılar olduğunu görürük. Lakin bu xoşlantı çox vaxt cinsəl motivdə olmur. Bir şeyi unutmayaq ki, biz bu xoşlantıları nəzarətdə saxlamalıyıq. Bəzən bizim yerində verəcəyimiz kiçik reaksiya o an üçün böyük görünə bilər. Lakin bu reaksiya gələcəkdə baş verə biləcək bir faciənin də qarşını ala bilər".

 

Müsahib əlavə edir ki, 16 yaşdan sonra uşaqlarda cinsi istək özünü büruzə verir.

 

"Bu kimi hallarda əgər valideyn məlumatlıdırsa, övladı ilə məlumatlandırıcı söhbət aparmalı, digər halda isə cinsəl terapevtə müraciət etməlidir. Lakin bir şeyi unutmamalıyıq ki, psixoloq, pedaqoq, cinsəl terapevt ilk öncə ailə üzərində işləməli, ailənin dəyərlərində cinsəlliyin harda olduğuna baxmalı, uşağa da ailənin dəyərlərinə uyğun məlumat verməlidir".

 

Əfsanə Rüstəmovanın sözlərinə görə, biz uşaqlara cinsəlliyi elə öyrətməliyik ki, uşaqlar nə onun arxasıyca qaçsın, nədə ondan qorxub qaçsın.

 

Yusif Mamedov