“Uşaq həm assosiallaşır, həm də rəqabətdə olmur”

Bölmə: Sosial › ,
Tarix: 19:02 05.01.2024

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən Azərbaycanda 7 məktəb var ki, burada yalnız 1 şagird təhsil alır. Bu vəziyyət məktəblinin psixologiyasına necə təsir edir? Bu mövzuda psixoloq Vüsalə Əmiraslanova fikirlərini informator.az-a bölüşüb. 

 

Məktəblərdə yalnız 1 şagirdin təhsil alması region, kənd məktəblərində müşahidə olunur. Vüsalə Əmiraslanova deyir ki, bu vəziyyət məktəblinin psixologiyasına mənfi təsir edir. 


“Uşaq həm assosiallaşır, həm də rəqabətdə olmur. Əgər rəqabət yoxdursa, yüksək təhsildən söhbət gedə bilməz”. 

 

Psixoloq hesab edir ki, məktəbdə 1 şagirdin təhsil alması həm müəllimin, həm də şagirdin marağını azaldır. 

 

“Bəzən şagird “mən niyə tək məktəbə getməliyəm, mən niyə tək olmalıyam?” düşüncəsi ilə dərsdən yayınır. Bu hal şagirdin özgüvənsiz olmasına gətirib çıxarır. Ümumiyyətlə, məktəbdə 1 şagirdin təhsil alması yolverilməz haldır. Çalışmaq lazımdır ki, regionda, yaxud kənddə olan digər uşaqlar da dərsə cəlb edilsin. Azərbaycan Respublikasının təhsil qanununa görə 9 illik təhsil icbaridir”. 

 

Sayad Qoşnalıyeva