Niyə beynimiz alış-veriş siyahısındakı ilk yazılanları xatırlayır?
Bölmə: Maraqlı › ,Tarix: 20:21 10.01.2024
Bir ərzaq mağazasında olduğunuzu düşünün. Çantanızı gözdən keçirəndə anlayırsınız ki, alış-veriş siyahınızı evdə unutmusunuz və evə qayıtmaq istəmədiyiniz üçün sizə lazım olanı xatırlamağa çalışırsınız, ancaq ilk bir neçə yazılanlar ağlınızda qalır. Yaxşı, bu vəziyyətin səbəbi nədir?
Bu vəziyyəti başa düşmək üçün yaddaşın necə işlədiyini bilmək lazımdır. Birdən çox yaddaş növünə malik olmaq alış-veriş siyahınızdakı əşyaları niyə unutmağınıza təsir edir. Sizə gələn məlumat hiss orqanlarınız tərəfindən qəbul edildikdən sonra beyninizə çatır. Başqa sözlə, oxuduğunuz və ya eşitdiyiniz sözlər qısamüddətli yaddaşa keçir. Adətən insanların çoxu bir anda yalnız 7 elementi xatırlaya bilir. Zaman baxımından bu məlumatı 15-30 saniyə ərzində yadda saxlaya bilərsiniz. Məlumdur ki, yeni bir şey eşitsəniz və ya öyrənməyə çalışsanız, yazılanları daha çox unudacaqsınız. Məlumatın uzunmüddətli yaddaşda qalıcı olması üçün saxlanılan xatirələr tez-tez xatırlanmalıdır. Başqa sözlə desək, adlar kimi məlumatlar daim təkrarlandığı üçün yadda qalır. Zamanında öyrəndiyiniz hər hansı bir məlumatı yadda saxlamaq üçün onu kifayət qədər təkrar etməlisiniz. Yadda saxladığınız siyahılar uzunmüddətli yaddaşdan, eləcə də birincilik effektindən asılıdır. Beləliklə, siyahıya baxarkən bütün siyahını təkrarlamaq faydalı olacaq, çünki birincilik effekti adlanan koqnitiv qərəz səbəbindən ilk bir neçə elementi digərlərindən daha yaxşı xatırlayırıq.
Mənbə:habertürk
Tərcümə etdi:Sayad Qoşnalıyeva