Güclü immun sisteminin sirri: Rəngarəng qidalanma
Bölmə: Maraqlı › ,Tarix: 13:01 11.01.2024
Diyetisyen Sena Pekşen, Aralıq dənizi tipi qidalanmanın immunitet sisteminə müsbət təsir göstərə biləcəyinə diqqət çəkərək bildirib ki, "Aralıq dənizi tipi qidalanma mikrobiota müxtəlifliyini artırır, probiotik bakteriyaları təmin edir və immun sisteminin nizamlı işləməsini dəstəkləyir. Rəngarəng və müxtəlif qidaların qəbulu əhəmiyyətli bir addımdır". Qidalanma və Pəhriz Mütəxəssisi Dyt. Sena Pekşen immunitet sistemi haqqında məlumat verdi. Dyt, immunitet sisteminin insan orqanizmini xəstəliklərə qarşı qoruyan güclü bir müdafiə sistemi olduğunu ifadə etdi. Pekşen, "Qrip, soyuqdəymə, yüksək hərarət, boğaz və baş ağrısı kimi bir çox xəstəliklə mübarizə aparmaq üçün güclü bir immunitetə sahib olmaq vacibdir. İmmunitet sistemi qidalanma, idman və yuxu keyfiyyətinə diqqət etməklə gücləndirilə bilər" dedi.Dyt. Pekşen, Aralıq dənizi tipi pəhriz üçün bol-bol istehlak edə biləcəyimiz qidaları sıraladı:
“Sarımsaq: Mikrob əleyhinə xüsusiyyətlərə malik olan sarımsaq immunitet sistemini dəstəkləyir.
Zəncəfil: İltihab əleyhinə xüsusiyyətə malik olan zəncəfil soyuqdəymə kimi xəstəliklərə qarşı qoruyucu təsirə malikdir.
Zerdeçal: Tərkibində curcumin adlı bir komponent olan zerdeçal xərçəng əleyhinə, iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir.
Bal: Antitümör və antimodulyator təsirə malik olan bal immunitet sistemini dəstəkləyir.Qaragilə: Antioksidantlarla zəngin olan qaragilə immunitet sistemini dəstəkləyir.
Balıq: Somon və sardina kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir və immunitet sistemini dəstəkləyir.
Tərkibində C vitamini olan qidalar: Sitrus meyvələri, zoğal, kivi, cəfəri, ispanaq, kələm, brokoli və rəngli bibər kimi tərkibində C vitamini olan qidalar immunitet sistemini gücləndirir.
Tərkibində A vitamini olan qidalar: Kök, balqabaq və şirin kartof kimi tərkibində A vitamini olan qidalar immunitet sistemini dəstəkləyir.
Probiotiklər: Qatıq və ayran kimi tərkibində probiotik bakteriyalar olan qidalar həm iltihab əleyhinə, həm də mikrob əleyhinə təsir göstərir.
Tərkibində sink olan qidalar: Sink çatışmazlığı allergiya və infeksiyalara səbəb ola bilər. Yumurta, paxlalılar və çiy qoz-fındıq sinklə zəngin qidalardır və diyetə əlavə edilməlidir".
Təhminə Abdurəhimova