Bu vitaminlər qanda yoxdursa, qışda xəstəlik bitmir!

Bölmə: Maraqlı › ,
Tarix: 18:42 11.01.2024

Qışda artan soyuqdəymə, qrip və müxtəlif xəstəliklər bəzi vitamin çatışmazlığından qaynaqlana bilər. Sağlam qalmaq üçün istifadə etmək faydalı olan 5 vitamin haqqında faktları sizə təqdim edirik.

 

İmmunitet sisteminizi nəzarətdə saxlamağa və sağlamlığınızı, bədəninizi və beyninizi qorumağa kömək edə biləcək bir çox əlavələr var.

 

C VİTAMİNİ

 

Müntəzəm olaraq qəbul edilməli olan ən bariz vitamin C vitaminidir. Əlavələrin bir çox funksiyası var. Vitamin C hüceyrələrin qorunmasına və sağlam qalmasına kömək edir. Dərinin, qan damarlarının və sümük sağlamlığının qorunmasında təsirli rol oynayır.

 

Həkimlər bildirirlər ki, 19-64 yaş arası insanlar gündə 40 mq C vitamini qəbul etməlidirlər. Amma hər şeyin həddi var. Buna görə də çoxlu əlavələr qəbul etmək sağlam olmayacaq. Banan və portağal suyu qış ayları üçün yaxşı C vitamini mənbəyi ola bilər.

 

D VİTAMİNİ

 

İmmunitet dəstəyi üçün həyati əhəmiyyət kəsb edən D vitamini sümüklərin qorunması üçün lazımdır. İmmuniteti, əzələ funksiyalarını və beyin hüceyrələrini qoruyur. Həmçinin diabet, astma və romatoid artrit kimi xəstəliklərin riskini azaldır.

 

Qidadan əldə etmək asan olmasa da, təbii günəş işığı D vitamininin yaxşı mənbəyidir. Eyni zamanda, süd, taxıl və yağlı balıq istehlak edilə bilər. Xüsusilə qış aylarında orqanizmdə D vitamini azala bilər. Odur ki, gündəlik ehtiyaclarınızı qarşıladığınızdan əmin olun.

 

B6 VİTAMİNİ

 

Bədənin B vitamininə ehtiyacı olduğu bilinsə də, səbəbi ümumiyyətlə sorğulanmır. Mütəxəssislərin fikrincə, B vitaminləri ümumiyyətlə zəruri hesab edilsə də, B6 vitamini soyuqdəymə və qrip kimi xəstəliklərdən qoruya bilir.

 

Sinir sistemi və immun sisteminin sağlamlığı üçün çox vacib olan B6 vitamini banan, ton balığı, qızılbalıq, paxlalılar və fındıq kimi qidalarda olur.

 

Vitamin B6 çatışmazlığı tez-tez depressiya, qarışıqlıq və qəzəb kimi simptomlarla özünü göstərə bilər. Vitaminlər bədənin qidaları enerjiyə çevirməsinə kömək edir. Mövsümi əhval dəyişikliklərinin qarşısını almaq üçün tərkibində B6 vitamini olan qidalardan istifadə edə bilərsiniz.

 

SİNK

 

Qış aylarında baş verən dəri xəstəlikləri və müxtəlif xəstəliklər adətən sink preparatları qəbul edilmədikdə baş verir. Eyni zamanda, sink immunitet sistemini və maddələr mübadiləsini yaxşılaşdıra bilər. Sızanaq və iltihabdan qoruya bilər.

 

Araşdırmalara görə, immuniteti gücləndirmək, dəri yaralarını daha tez sağaltmaq və yaşa bağlı xəstəliklərin riskini azaltmaq üçün sink preparatları qəbul edilməlidir. Çatışmazlıq olduqda, ishal, saçların seyrəkləşməsi, pis dad və qoxu, quru dəri kimi problemlər yarana bilər.

 

OMEGA-3

 

Yağ turşuları ilə dolu olan Omeqa-3 xüsusilə qış aylarında dərinin nəmli qalması üçün lazım olan bir vitamin növüdür. Bədənimiz lazımi miqdarda omeqa-3 istehsal edə bilmir. Buna görə qida və əlavələr vasitəsilə sağlam yağları istehlak etməliyik.

 

Omeqa-3-ün ən yaxşı mənbəyi balıqdır. Bu səbəbdən qış aylarında bol balıq istehlak etmək faydalıdır. Mütəxəssislər bildirirlər ki, ürək xəstəliyi olmayan insanlar həftədə iki dəfə balıq yeməlidirlər.

 

Aynur Babayeva