Mütəxəssislər xəbərdarlıq edir! Hərəkətsizliyin fəsadları
Bölmə: Maraqlı › ,Tarix: 21:46 12.01.2024
Müasir həyatın gətirdiyi hərəkətsizlik fiziki sağlamlığımıza mənfi təsir göstərə bilər. Uzun müddət oturmaq vərdişi bir çox sağlamlıq problemlərinə gətirib çıxarır. Bu məqamda mütəxəssislərin etdiyi xəbərdarlıqlar, oturmağın zərərlərini vurğulayaraq, insanları maarifləndirmək məqsədi daşıyır.
Duruş pozğunluqları və bel ağrısı: Uzun müddət oturmaq, xüsusən də komputer qarşısında işləyənlər üçün ümumi duruş pozğunluqlarının mənbəyidir. Yanlış oturma mövqeyi zamanla onurğa sağlamlığına mənfi təsir göstərə bilər və bel ağrısına səbəb ola bilər. Mütəxəssislər düzgün oturma vərdişlərinin mənimsənilməsinin vacibliyini vurğulayır və bel ağrılarının qarşısının alınmasına diqqət çəkirlər.
Metabolik sürətin azalması: Davamlı oturmaq maddələr mübadiləsi sürətinin azalmasına və çəki artımına səbəb ola bilər. Hərəkətsizlik bədənin enerji xərclərini azalda, çəkiyə nəzarəti çətinləşdirə bilər. Mütəxəssislər müəyyən fasilələrlə qısa məşqlərin edilməsinin və qan dövranının nizama salınmasının vacibliyini vurğulayırlar.
Qan dövranı problemləri: Uzun müddət oturmaq ayaqlarda qan dövranı problemlərinə səbəb ola bilər. Qanın qeyri-müntəzəm dövranı ayaqlarda şişlik və varikoz damarlarına səbəb ola bilər. Bu vəziyyət ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün mütəxəssislər müəyyən aralıqlarla qalxıb hərəkət etməyi tövsiyə edirlər.
Ürək sağlamlığını təhdid edir: Oturaq həyat tərzi ürək sağlamlığına ciddi təsir göstərə bilər. Uzun müddət oturmaq ürək xəstəliyi riskini artıra bilər. Mütəxəssislər ürək-damar sağlamlığından qorunmaq üçün müntəzəm idmanla yanaşı, oturmağa sərf olunan vaxtın azaldılmasının vacibliyini vurğulayırlar.
Zehni sağlamlığa təsir edir: Yalnız fiziki sağlamlığa deyil, həm də psixi sağlamlığa mənfi təsir göstərə bilər. Uzun müddət oturmaq stress səviyyəsini artıra, diqqəti çətinləşdirə və ümumi psixi sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, müntəzəm fasilələr və qısa gəzintilər zehni fəaliyyəti tənzimləyir.
Mənbə: HaberTürk
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva