Soğan niyə gözlərimizi yaşlandırır?
Bölmə: Maraqlı › ,Tarix: 23:17 12.01.2024
Alimlər soğanın niyə gözləri yaşartdığına dair yeni tapıntılar əldə ediblər.
ABŞ-ın Klivlend şəhərindəki Case Western Reserve Universitetində aparılan araşdırmaya görə, soğan mikroblara və həşəratlara qarşı biokimyəvi müdafiə mexanizmini aktivləşdirən bir ferment ifraz edir.
Bu fermentlər soğanın tərkibindəki sulfidləri parçalayır və onları kükürd oksidinə çevirir.
Kükürd oksidi tez uçucu olur və havada sürətlə yayılan bu qaz gözə çatdıqda kostik turşuya çevrilir.
Nəticədə göz kanalları tıxanır.
Lakin mütəxəssislərin fikrincə, bu kimyəvi birləşmə soğan doğrayarkən birbaşa gözlərin yaşarmasına səbəb olmur.
Kükürd turşusu qazın gözyaşı ilə reaksiyası zamanı əmələ gəlir.
Kükürd turşusunun gözü qıcıqlandırması nəticəsində göz yad maddələri təmizləmək üçün göz yaşı ifraz etməyə başlayır.
Aydan Qasımova