Fransa məhkəməsi pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib

Bölmə: Maraqlı › ,
Tarix: 20:27 15.01.2024

Fransada məhkəmə “heyvanlara amansızlıq” ittihamı ilə mühakimə olunduğu işdə əzab çəkən pişiyə sahibinin 100 avro təzminat ödəməsi barədə qərar çıxarıb.

 

“Le Parisien” qəzetinin xəbərinə görə, Lil Cəza Məhkəməsi “Lanna” adlı pişiyin sahibinə 2023-cü ilin iyul ayında zibil qutusunda ölü tapıldıqdan sonra “heyvana zülm etmək” ittihamı ilə açılan işdə qərar verib.

 

Otistik uşağını qaşıdığı üçün təxminən bir yaşlı pişiyə işgəncə verib öldürdüyünü etiraf edən müttəhimə 8 ay şərti həbs cəzası verildi və ev heyvanı sahibi olmaq qadağan edildi.

 

Digər tərəfdən, məhkəmə simvolik qərar çıxarıb və əzab çəkən pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib.

 

Heyvan haqları müdafiəçisi və iddianın tərəfi olan Nord Region Heyvanları Müdafiə Birliyinin nümayəndəsi vəkil Graziella Dode sosial media hesabındakı paylaşımında Lill Cəza Məhkəməsinin qərarını açıqlayıb və bu qərarı " heyvan hüquqları inkişafına doğru bir addım" kimi qiymətləndirib. 

 

Fransada bir ilk olan məhkəmənin qərarı heyvansevərlər tərəfindən müsbət qarşılanıb.

 

Poitiers Universitetinin hüquq professoru Fabien Macrhadier “20 Minutes” qəzetinə məhkəmənin “heyvanı bir insan hesab etdiyi” simvolik qərarını şərh edib.

 

Prof. Macrhadier, bu qərarın çoxalma və müalicə məsələlərində heyvanlara tətbiq edilən üsulların şübhə altına alınmasına yol açdığına diqqət çəkdi.

 

Digər tərəfdən ölən pişik üçün təyin olunan 100 avroluq təzminatın hara ödəniləcəyi ilə bağlı xəbərlərdə heç bir məlumat verilməyib.

 

Aynur Babayeva