Kamelya çiçəyinin mənası nədir?

Bölmə: Maraqlı › ,
Tarix: 21:06 15.01.2024

Kamelya çiçəyi Yaponiya və Çində tarixi əhəmiyyətə malikdir və bu ölkələrin ənənəvi incəsənətində və poeziyasında tez-tez yer alır. Kamelya min illərdir ki, Çin və Yaponiyada yetişdirilir və bu mədəniyyətlərdə zənginlik və şans simvollarından biri hesab olunur. Çində kamelya çiçəkləri baharın müjdəçisi kimi qəbul edilir və tez-tez Yeni il şənliklərində istifadə olunur. Yaponiyada samuraylar kameliyanı şərəf və sədaqət simvolu kimi qəbul etdilər.

 

 

Kamelya çiçəyi müxtəlif rəngləri ilə fərqli mənalar daşıyır. Ağ kamelya hörmət və heyranlıq, çəhrayı kamelya həsrət, qırmızı kamelya dərin sevgi və ehtirasın simvolu olaraq görülür. Bundan əlavə, kamelya mükəmməlliyi və qüsursuz gözəlliyi təmsil edən bir çiçəkdir .Bir çox mədəniyyətlərdə kamelya çiçəyi böyük sevgi və hörmətin ifadəsi olmaqla yanaşı, zərif və nəcib gözəlliyin ifadəsi hesab olunur. Həmçinin, uzunömürlülük və sadiq dostluq deməkdir. 

 

 

Zəriflik və mükəmməllik: Kamelya çiçəyi hamar yarpaqları və simmetrik çiçək forması ilə zəriflik və mükəmməllik simvoludur. Buna görə də estetik gözəlliyi və qüsursuz görünüşü ilə bir çox insan üçün estetik və mükəmməllik ideallarını təmsil edir.

 

Sevgi və Ehtiras: Xüsusilə, qırmızı kameliyalar dərin sevgi, ehtiras və romantik bağlılığı simvollaşdırır. Bu çiçəyi sevgililər arasında hədiyyə etmək, onların bir-birinə olan güclü sevgisini və bağlılığını ifadə etmək üçün bir yoldur.

 

Hörmət və heyranlıq: Ağ kameliyalar hörmət və heyranlığı təmsil edir. Kiməsə ağ kameliya hədiyyə etmək, bu insana dərin hörmət və heyranlıq göstərmək üçün istifadə olunur.

 

Xeyirxahlıq və Tolerantlıq: Çəhrayı kameliyalar xeyirxahlıq, həsrət və dözümlülük ifadə edə bilir. Bu rəng zərif sevgini və sevdiklərimizə qarşı keçirdiyimiz şirin hissləri əks etdirir.

 

Mənəvi və Mədəni Kontekst: Şərqi Asiyada kameliya zənginliyi və statusu, eləcə də mənəviyyat və daxili gözəlliyi simvollaşdırır. Xüsusilə, Yaponiyada samuray sinfi tərəfindən hörmətlə qarşılanır və kamelya çiçəyi fəzilət və sədaqət əlaməti hesab olunur.

 

Fatimə Mustafayeva 

Mənbə: Habertürk