Bioloji olaraq insan irqləri var mı?

Bölmə: Maraqlı › ,
Tarix: 21:30 16.01.2024

İrq- müəyyən bir cəmiyyət daxilində insanları sahib olduqları fiziki və ya sosial xüsusiyyətlərə görə təsnif etmək üçün istifadə edilən anlayışdır.

Bununla belə, bu günə qədər bir çox fərqli irq tərifləri edilmişdir. Bunlardan bəzilərini aşağıdakı kimi sadalamaq olar.
Bu, müəyyən fiziki xüsusiyyətləri paylaşan, genetik cəhətdən əlaqəli insan qruplarını təsvir etmək üçün istifadə edilən qeyri-müəyyən, elmi olmayan bir termindir.
Onlar övladları vasitəsilə gələcək nəsillərə ötürülən əlamətlərlə xarakterizə olunan diskret etnik qruplardır.

Bəşəriyyətin əsas bölmələrinin hər biri fərqli fiziki xarakterlərə malikdir.

Coğrafi və ya mədəni cəhətdən az və ya çox təcrid olunan, ümumi genofondu paylaşan və müəyyən gen mövqelərində allel tezlikləri digər qruplardan fərqlənən insanlar qrupu var.

İrqin tərifi ilə əlaqəli olaraq görülən və hətta bir çox hallarda sinonim olaraq istifadə edilən etnik və ya etnik qrup anlayışı aşağıdakı kimi müəyyən edilir:

 

Bu, ümumi mədəni mənşələr fərziyyəsi ətrafında təşkil olunmuş insan əhalisidir.
Onlar ümumi milli-mədəni ənənələrə malik şəxslərdir.
Onlar bir-birinə bağlı olan və daha böyük bir cəmiyyət daxilində irq, dil, millət və mədəniyyətin ümumi bağları ilə digərlərindən fərqlənən sosial qruplar və ya əhali kateqoriyalarıdır.

 

Bu gün irq termini ümumiyyətlə insanları fiziki (fenotipik) və bioloji xüsusiyyətlərinə görə qruplara bölmək üçün istifadə olunsa da, 17-ci əsrə qədər irq termini ilk növbədə eyni dildə danışan insanları, daha sonra isə milli mənsubiyyəti ifadə etmək üçün istifadə edilmişdir.Bu baxımdan, Homo sapiens (müasir insan) vəziyyətində irq anlayışı bioloji cəhətdən etibarlı bir fenomen deyil; sosial cəhətdən qurulan bir quruluşdur və ümumi istifadə olunan irqi qruplar növlər daxilində müxtəlifliyi mənalı və etibarlı şəkildə qruplaşdırmaq üçün istifadə edilə bilməz.

 

Bu gün getdikcə daha çox formalaşan elmi konsensus ondan ibarətdir ki, insanları irqlərə bölmək mümkün deyil və bu günə qədər edilən insan irqi təsnifatları elmi cəhətdən yanlışdır.

 

Mənbə: evrimagaci.org
Tərcümə etdi: Gülnisə Əfkari