Kəpənəklərin neçə gözü var?
Bölmə: Maraqlı › ,Tarix: 22:32 16.01.2024
Kəpənəklər düşmənlərindən qorunmaq üçün cazibədar qanadlarından kamuflyaj üçün istifadə edirlər. Kəpənəklərin kamuflyaj etmək üçün düşmənlərini təqlid etdiyi və 12 min gözü olduğu müəyyən edilib.
Mütəxəssislər dad qönçələri ayaqlarında olan kəpənəklərin minlərlə kiçik gözdən ibarət xüsusi görmə orqanlarına sahib olduğunu, bu kiçik gözlərin sayının bəzi növlərdə 17 minə qədər artdığını müəyyən ediblər. Öz uzunluğunun üç qatına qədər uzana bilən bir dilə sahib olan kəpənəklərin çiçəklərin dərinliklərindən su və nektar içmək üçün istifadə etdikləri müşahidə edilib. Kəpənəklər istifadə etmədikləri zaman uzun dillərini içəriyə doğru yuvarlayırlar. Kəpənəklərin fizikada istifadə edilən üç əsas qaydaya əməl edərək uçduqları da ortaya çıxıb.
Bədən istiliyi 28 dərəcədən aşağı olduqda uça bilməyən kəpənəklərin istiliyi udmaq üçün qara rəngə malik olan qanadlarını günəş şüaları ilə 90 dərəcəyə uyğunlaşdıraraq bədən hərarətini artırdıqları və qanadlarını günəş şüalarını qəbul etmək üçün uyğunlaşdırdıqları müşahidə edilib. Qara obyektlər digər rənglərdən daha çox əmilir və daha tez qızdırılır. Cisim günəş şüaları ilə 90 dərəcə bucaq altında olduqda isinir, lakin şüaları üfüqi olaraq qəbul etdikdə istidən çox təsirlənmir. Kəpənəklərin düşmən hücumlarına qarşı kamuflyaj edilməsində çox mühüm rol oynayan qanadlarının üst və alt naxışları bir-birindən fərqlidir. Bundan əlavə, kəpənək qanadlarının düşmənlərini qorxudacaq gözə bənzər təsvirləri olur.
Mənbə: fencebilim.com
Tərcümə etdi: Aydan Qasımova