Komedon və qara nöqtələrdən xilas olmaq mümkündür!

Bölmə: Maraqlı › ,
Tarix: 22:06 17.01.2024

Komedonlar, genişlənmiş məsamələr və dəridəki qara ləkələr insanlarda problem yaradır. Bu dəri problemlərinin özünə inamı azaldan bəzi təbii üsullar var. Bu üsulla dəri problemlərinizi qısa müddətdə minimuma endirə bilərsiniz.

 

Qara nöqtələr, ləkələr, ağ nöqtələr, komedonlar ən çox yayılmış dəriyə qulluq problemləridir və bu kiçik düşmənlərlə məşğul olmaq bəzən çətin bir problem ola bilər. Ancaq narahat olmayın, çünki bu problemləri təbii üsullarla həll edə bilərsiniz.

 

KOMEDON NECƏ YARANIR?

Dəri məsamələrinin tıxanması nəticəsində yaranan komedonlar ümumiyyətlə burun, alın, çənə və üz kimi yağ bezlərinin cəmləşdiyi yerlərdə görülür. Komedonlar ölü dəri hüceyrələri, sebum və məsamələrin içərisində kir yığılması səbəbindən meydana gəlir.

 

NİYƏ QARA LƏKƏLƏR OLUR?

Ən çox rast gəlinən dermatoloji problemlərdən biri olan qara nöqtələr iltihabsız sızanaq növləridir. Onlar istehlak edilən qidalar, çirkli hava və makiyaj materialları səbəbindən baş verə bilər. Məsamələrdəki oksidləşmiş kir qara rəngə çevrilir.

 

DƏRİDƏKİ LƏKƏLƏRDƏN NECƏ QURTULMAQ OLAR?

Bədənin hər hansı bir yerində meydana gələn dəri ləkələri müxtəlif ölçülərdə inkişaf edə bilər. Ləkələr tez-tez dərinin günəş işığına məruz qalan bölgələrində görünür. Ümumiyyətlə üzdə və bədənin müəyyən hissələrində yaranan dəri ləkələri ümumiyyətlə qəhvəyi və onun çalarlarında olur. Ləkələrin rəngi fərdlərin dəri tonundan asılı olaraq dəyişə bilər.

 

KARTOF PÜRESİ

Qaynadılmış kartofu əzdikdən sonra göz ətrafına və ağ nöqtələri olan nahiyələrə 15 dəqiqə saxlayın. Sonra dərinizi rutin istifadə etdiyiniz təmizləyici gellə təmizləyin və qurudun.

 

ÇAY AĞACI YAĞI

Çay ağacı yağının dəri üçün bir çox faydası var. Xüsusilə ağ ləkələrin aradan qaldırılmasında müvəffəqiyyətli olan çay ağacı yağını təmiz dərinizə çəkə bilərsiniz.

 

Aynur Babayeva