Effektiv danışmağın 7 yolu
Bölmə: Maraqlı › ,Tarix: 22:35 17.01.2024
Danışmaq insanların özünü effektiv şəkildə ifadə etməsinin əsas yollarından biridir. Bununla belə, hər kəsin effektiv danışıq qabiliyyəti yoxdur. Bəs istər işdə, istərsə də şəxsi həyatda effektiv danışmaq üçün nələrə diqqət etməliyik? Effektiv danışmağın 7 yolunu təqdim edirik.
Demək olar ki, hər kəs öz nitqi və ya mətni ilə digər insanı heyran etmək istəyir. Təkcə qrup qarşısında çıxış edərkən deyil, iş və şəxsi həyatda da təsirli danışan insanların bu xüsusiyyətləri sayəsində ön plana çıxması bir həqiqətdir və onların sözləri diqqətəlayiq sayılır. Bəs, bunun üçün nələri nəzərə almaq lazımdır?
Effektiv danışmağın 7 yolu var:
Hazırlayın
Effektiv nitq üçün əvvəlcə deyəcəklərinizi hazırlayın. Əgər bu planlı bir çıxışdırsa və nitqinizi mətn üzərindən söyləyəcəksinizsə, əvvəlcə məşq etməklə başlaya bilərsiniz. Ancaq plansız və hazırlıqsız çıxış edəcəksinizsə, çıxışınız zamanı qeyd edəcəyiniz məqamları düşünün, düşünmədən cümlələr qurmamağa və tez danışmamağa çalışın.
Göz təması qurun
Effektiv ünsiyyət üçün əməl etməli olduğunuz ilk qayda danışarkən göz təması qurmaqdır. Əgər nitqinizlə qarşıdakı insanı heyran etmək və dediklərinizdə səmimi olduğunuza inandırmaq istəyirsinizsə, danışarkən göz təması qurmaqdan çəkinməyin. Bununla belə, bunu edərkən narahat etməkdən çəkinin.
Bədən dilindən düzgün istifadə edin
Effektiv ünsiyyət üçün istifadə edilməli başqa bir məqam da jestləriniz və üz ifadələrinizdir. Bədən dilinin əhəmiyyətini görməzdən gəlməyin, enerjinizi düzgün paylayaraq, bədən dilinizi düzgün istifadə edərək öz hisslərinizi və düşüncələrinizi bədən dilinizlə dəstəkləyin.
Səs tonunuza diqqət yetirin
Diqqət etməli olduğunuz başqa bir şey də səs tonunuzdur. Danışarkən düzgün nöqtələrdə nəfəs almağa və tez danışmaqdansa, aydın danışmağa diqqət edin. Səs tonunuz hissləriniz və düşüncələriniz haqqında ipucu verir. Odur ki, həyəcanlı, stressli və ya kədərləndiyiniz zaman səs tonunuzu olduğunuz mühitə uyğunlaşdırın və yüksək, yaxud alçaq səslə danışmamağa çalışın.
Danışarkən mesajınızdan yayınmayın
Dediklərinizlə bağlı hansı təəssürat yaratmaq istəyirsiniz? Tamaşaçılara vermək istədiyiniz mesaj tam olaraq nədir? Müxtəlif mövzularda danışmaq və əsas mövzudan uzaqlaşmaq diqqəti yayındırır, həmçinin nəzərdə tutulan mesaj dinləyiciyə çatmır. Çıxış edərkən nitqinizi vermək istədiyiniz mesaj əsasında qurun. Unutmayın ki, məqsədi olmayan çıxış səmərəsiz olacaq və auditoriyaya çatmayacaq.
Diqqəti cəlb edin
Effektiv nitqin ən mühüm elementlərindən biri dinləyicinin diqqətini deyilənlərə cəlb etməkdir. Güclü yumor hissi olan bir insansınızsa, çıxışınız zamanı bu xüsusiyyətdən faydalana, yaxud çıxışınızla bağlı lətifələrdən və ya maraqlı məlumatlardan istifadə edərək tamaşaçıların diqqətini cəlb edə bilərsiniz.
Çox uzun danışmayın
Lazım olduğundan daha uzun nitqlər etibarınızı itirməyə, auditoriyanın diqqətini və marağını azaltmağa səbəb olur. Buna görə də, diqqətli olun ki, ora-bura dolaşmayın və tamaşaçıların diqqətini cəlb edin.
Mənbə: Kariyer Rehberi
Tərcümə etdi: Aydan Qasımova