Niyə ağlayırıq?

Bölmə: Maraqlı › ,
Tarix: 14:56 18.01.2024

Fikir versək, göz yaşı tökmək maraqlı bir hadisədir. Niyə ağlayırıq? Niyə göz yaşı tökməkdə kişilər və qadınlar fərqlidirlər?

 

Ağlamanın səbəblərini elmi olaraq necə izah edək? Ağlamağın faydaları nələrdir? Hansı təkamül səbəbləri onu meydana gətirdi?

 

Bütün araşdırmalar göstərir ki, qadınlar kişilərdən daha çox ağlayır. Psixoloq William Frey tərəfindən 1982-ci ildə aparılan araşdırma qadınların ayda orta hesabla 5,3, kişilərin isə ayda 1,3 dəfə ağladığını ortaya çıxarıb. Qadınların ağlaması orta hesabla 5-6 dəqiqə davam etdiyi halda, kişilərin ağlaması 2-3 dəqiqə ilə məhdudlaşdırılıb.

 

Hollandiyanın Tilberq Universitetinin psixoloqu Ad Vingerhoets göz yaşlarını araşdıran azsaylı alimlərdən biridir. Onun araşdırması da göstərir ki, ağlamada kişilər və qadınlar arasında fərq var və bu, uşaqlıq illərinə gedib çıxır.

 

Körpəlikdə ağlamağın cins fərqi yoxdur. Bütün körpələr eyni şəkildə ağlayır. Təkamülçü psixoloqlar deyirlər ki, körpələr valideynlərinin diqqətini çəkmək üçün ağlayırlar.

 

Beləliklə, uşaqlıqdan yetkinliyə keçiddə cinslər arasında ağlama fərqinə səbəb olan nə baş verir? Bunda mədəniyyətin mühüm rol oynadığı bildirilir. Müxtəlif ölkələrdə aparılan araşdırmalar göstərir ki, ağlamanın cəmiyyət tərəfindən qəbul edildiyi ölkələrdə insanlar daha çox ağlayır.

 

Vingerhoets həmçinin qeyd edir ki, daha zəngin ölkələrdə ağlama nisbətləri də artmaqdadır ki, bu da rifahın insanlara öz duyğularını daha yaxşı ifadə etməyə imkan verdiyinin göstəricisidir.

 

Amma Vingerhoetsə görə, kişilərin ağlamasını məhdudlaşdıran təkcə sosial formasiya deyil, həm də testosterondur. O deyir ki, prostat xərçəngini müalicə etmək üçün testosteron səviyyəsini aşağı salan dərmanlardan istifadə edən kişilər daha çox ağlayır. Ancaq bu insanların xəstəliyə görə daha həssas olduğunu iddia edənlər də var.

 

İnsanlar emosional səbəblərdən ağlayan yeganə canlı varlıqdır - fillərin yas tutanda da ağladığı iddiaları sübuta yetirilməyib. Nə üçün ağladığımızla bağlı çox araşdırma aparılmır.

 

Başqa sözlə, biz əslində niyə ağladığımızı bilmirik, bunun fiziki ağrı, emosional travma və ya xoşbəxtlikdir. İnsanlar sosial varlıqlar olduğundan, bəlkə də bu, onların daxili emosional vəziyyətini ifadə etmək üsuludur.

 

Ola bilsin ki, ağlamaq insanı azad edib rahatlamağa kömək edir. Keçən il etdiyi son araşdırmada Vingerhoet könüllülərdən iki emosional filmdən birini izlədikdən sonra onların emosional vəziyyətləri haqqında soruşdu.

 

Filmlərdən biri Life is Beautiful, digəri isə Hachi: A Dog's Tale idi. Onlardan filmdən dərhal sonra, 20 dəqiqə və iki saatdan sonra bir anket doldurmaları istənilib.

 

Filmi izləyərkən ağlamayanlar heç bir dəyişiklik bildirməsələr də, ağlayanların əhval-ruhiyyələrində ciddi irəliləyiş olduğu bildirilib. Buna görə də insanlar ağlayır və rahatlayır.

 

Çimnaz Məmmədova