Erkən yaşda yaşanan stress, sonrakı həyatda ürək xəstəliyi riskini artırır

Bölmə: Maraqlı › ,
Tarix: 19:30 18.01.2024

ABŞ-da aparılan bir araşdırma bildirib ki, erkən gənclik dövründə şiddətli stresə məruz qalan şəxslərin həyatlarının sonrakı dövrlərində ürək sağlamlıq problemləri ilə qarşılaşma riskinin daha yüksək olduğunu ortaya qoydu.

 

Tədqiqatçılar Cənubi Kaliforniya Universiteti ilə əlaqəli Uşaq Sağlamlığı Tədqiqatlarında iştirak edən 13-24 yaş arası 276 nəfərin məlumatlarını araşdırdılar.

 

İştirakçılar stress səviyyələrinə görə 4 qrupa bölünüblər: “ardıcıl olaraq yüksək stress”, “zamanla azalan stress”, “zamanla artan stress” və “daimi aşağı stress”.

 

Araşdırmalar nəticəsində alimlər müəyyən ediblər ki, stress səviyyəsi yüksək olan insanlar sonrakı yaşlarda daha çox kökəlirlər, piylənmə riski daha yüksək olur və buna görə də ürək xəstəlikləri riski artır.

 

Bu insanların yaşlandıqca damar sağlamlığının daha da pisləşdiyi, təzyiqlərinin daha yüksək olduğu da məlum olub.

 

Tədqiqatın müəlliflərindən biri, Cənubi Kaliforniya Universitetinin doktorluqdan sonrakı tədqiqatçı köməkçisi Fanqi Quo universitetin xəbər saytına verdiyi açıqlamada bildirib ki, bu araşdırma bizə erkən yaşlarda stresin idarə olunmasının profilaktik sağlamlıq davranışı kimi əhəmiyyətini göstərir. 

 

Sevinc Yarməmmədova

Mənbə:Habertürk