Qəhvəni zərərli edən əlavələr
Bölmə: Maraqlı › ,Tarix: 22:00 22.01.2024
Bir fincan qəhvənin sağlamlıq faydaları ilə bağlı saysız-hesabsız araşdırmalar var. Ancaq son anda qəhvəyə əlavə etdiyiniz şeylər onun faydalarını məhv edə bilər.
Şirin lattelər və ya ikiqat qaymaqlı kofelər rutininizin əvəzolunmaz hissəsidirsə, aşağıda qeyd olunanlara nəzər yetirin.
Tədqiqatlar göstərir ki, səbəbindən asılı olmayaraq, qəhvə daha az ölüm riski ilə əlaqələndirilir. Kofeinin diqqəti yaxşılaşdırdığı, problem həll etmə və yaradıcı düşünmə bacarıqlarını artırdığı da məlumdur.
Diyetoloq Mackenzie Burgess deyir ki, qəhvə istehlak etmək bir çox üstünlüklər gətirsə də, səhər rejimini şəkərlə yükləmək qəhvənin faydalarını ləğv edə bilər.
Burgess qəhvədən maksimum dərəcədə faydalanmaq üçün aşağıdakı 3 şeydən uzaq durmağı tövsiyə edir...
1. Krem
Qəhvə kremləri əlavə edilmiş şəkər, süni tatlandırıcılar, qarğıdalı siropu və hidrogenləşdirilmiş yağlarla doludur - məhz Burgessin məhdudlaşdırmağa çalışdığı şeylər. Burgess tövsiyə edir ki, krem alarkən məhsulun tərkibini yoxlayın və adını tələffüz etməkdə çətinlik çəkdiyiniz hər şeydən uzaq durun. Kremdən imtina etmək üçün çox sevirsinizsə, özünüzü bir porsiya ilə məhdudlaşdırmağa çalışın, təxminən 1 xörək qaşığı. Tövsiyə edir ki, stəkan yarısını kremlə doldurmayın, özünüzü idarə etməyə çalışın.
2. Şəkər
Pəhrizinizə həddən artıq şəkər daxil etmək, qəhvənin bütün faydalarını zərərsizləşdirərək diabet və ürək xəstəliyi riskinizi artırır. Burgessin fikrincə, bir fincan qəhvənin içinə bir çay qaşığından artıq şəkər qoymaq olmaz. Zamanla, qara qəhvə içməyə alışana qədər əlavə edilən şəkərin miqdarını tədricən azalda bilərsiniz.
3. Süni dadlandırıcılar
Aspartam və sukraloza kimi aşağı kalorili dadlandırıcıların sağlamlığa təsiri ilə bağlı sübutlar qeyri-kafi hesab edilir, lakin Burgess deyir ki, süni dadlandırıcılara şəkər kimi yanaşmaq lazımdır. Hər ikisini orta səviyyədə istifadə etmək yaxşıdır. Lakin ABŞ Qida və Dərman İdarəsi steviya və rahib meyvəsini təhlükəsiz tatlandırıcılar kimi tanıyır; Burgess bunları şəkər və süni tatlandırıcıları əvəz etmək üçün təhlükəsiz seçimlər kimi qeyd edir.
Mənbə: Habertürk
Tərcümə: Sevinc Yarməmmədova