Elon Musk, Bill Gates və daha bir çox milyarder! Hamısı öz şəhərlərini tikirlər!
Bölmə: Maraqlı › ,Tarix: 22:49 22.01.2024
ABŞ-da milyarderlər San-Fransiskodan şimalda şəhər tikəcəklərini elan etdikdən sonra bütün gözlər varlıların özləri üçün tikməyə çalışdıqları şəhərlərə çevrildi. Bill Gates və Elon Musk kimi məşhur milyarderlər ABŞ-da özləri üçün şəhərlər tikirlər.
Dünyanın ən zəngin insanları ABŞ-ın hər yerində öz şəhərlərini tikirlər. Buna misal olaraq Kaliforniyanın Solano bölgəsində planlaşdırılan şəhər kimi tanınır. Milyarderlərin dəstəklədiyi California Forever adlı şirkət, San Fransiskonun şimalında, Travis Hərbi Bazasının yerləşdiyi Solano bölgəsində 20 min rezidensiyaya malik şəhərin tikiləcəyini açıqladı.
Bu məqsədlə şirkət 2017-ci ildən 800 milyon dollar dəyərində 202 kvadrat kilometr torpaq sahəsi alıb. Şəhərin 400 min nəfər əhalisi olması hədəflənir və bu layihənin arxasında Laurene Powell Jobs, Reid Hoffman, Marc Andreessen kimi milyarder adların olduğu bilinir.
İnsanlar arasında Apple-ın qurucusu Stiv Cobsun dul arvadı Laurene Powell Jobs, LinkedIN-in qurucusu Reid Hoffman və məşhur vençur kapitalisti Mark Andreessen kimi adlar var. Məlumdur ki, Loren Pauel Cobsun 13 milyard dollar, iş axtarışı platforması LinkedIN-in yaradıcısı Reid Hoffmanın 2,3 milyard dollar, vençur kapitalisti Mark Andreessenin isə 1,8 milyard dollar sərvəti var.
İlon Mask Texasda Starbase adlı şəhər yaratmağı hədəfləyir. Starbase, Maskın kosmik şirkəti SpaceX-in qərargahı olacaq.
Mask Texas ştatının Ostin şəhəri yaxınlığında 24 kvadrat kilometr ərazi alıb və evlər tikməyə başlayıb.
ÖZ ADALARINI TİKİRLƏR
Texnologiya cəmiyyətinin ən tanınmış adlarından biri olan Oracle-ın qurucusu Larri Ellison Havay adalarında bir ada alıb və öz şəhərciyini qurub. Digərlərindən fərqli olaraq, 124 milyard dollar sərvəti olan Ellison daha dəbdəbəli bir yanaşma mənimsəyib. Bloomberg-ə görə, Oracle həmtəsisçisi 2012-ci ildə Havaydakı Lanai adasının 98 faizini təxminən 300 milyon ABŞ dollarına satın alıb. Ellison adada sağlamlıq mərkəzi olan bir kurort yaratdı və adadakı mövcud otelləri təmir etdi.
Architectural Digest-ə görə, təxminən 3000 insanın yaşadığı ada, Tom Cruise, Cindy Crawford və Will Smith kimi adlar da daxil olmaqla ultra zənginlərin sevimlisinə çevrilib. Ellison da 2020-ci ildə adaya tam zamanlı köçdü.
Aynur Babayeva