Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayında azalma müşahidə edilib

Bölmə: Sosial › ,
Tarix: 20:20 23.01.2024

Ötən il Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayında azalma müşahidə edilib. Bu azalma həm Gürcüstan bazarında ciddi durğunluğa səbəb olub.

 

2023-cü ildə Gürcüstan Azərbaycana 743 milyon manat dəyərində 22 393 avtomobil ixrac edib. Bu da öncəki illə müqayisədə nəqliyyat vasitələrinin 26 faiz azalması deməkdir. 

 

Ekspert Aslan Əsədov bildirib ki, dövlətin qəbul etdiyi son qərarlardan başlıcası dövlət avtomobil parkının cavanlaşmasıdır. 

 

"Yəni yaş senzuru qoyulub, burada 10 il müddətinə və avtomobillərin texniki baxış olan zaman əlavə olaraq illər ərzində 10, 20 və 30 manat daha çox məbləğlərdə ultizasiya haqqının əlavə olunması avtomatik olaraq istər sahibkar, istər vətəndaş düşünür ki, daha gənc maşın alsın digər gələcəkdə onu gözləyən məhvəclərə sahib olmasın".

 

Avtomobil idxalı ilə məşğul olan şəxslər deyir ki, Azərbaycana ən çox maşın ixrac edən ölkələrdən biri Gürcüstan idi. Əksəriyyətini isə yaşı 10 ili keçən, qiyməti 20-30 min ətrafında olan avtomobillər təşkil edirdi.

 

Avtomobil idxalçısı Nicat Baxışzadə qeyd edib ki, bu gün son 10 ilin avtomobilləri üçün demək olar ki, Gürcüstan bazarından heç bir avtomobili gətirmək olmur, çünki nəyinki Gürcüstan bazarı, hətta Koreya ve Amerika bazarlarında bu avtomobilləri gətirib satışını etmək sərf etmir.

 

Azərbaycanlı müştərilərinin böyük hissəsini itirən Gürcüstan maşın bazarı da hazırda durğunluq dövrünü yaşayır. Qonşu ölkədə avtomobil biznesi ilə məşğul olanlar deyirlər ki, oxşar vəziyyətlə 2014-cü ildə Azərbaycanda avro-4 standartının tətbiqindən sonra da rastlaşmışdıq. O zaman bir neçə il ərzində tədricən qaydasına düşən satışın özünü bərpasının bu dəfə daha çox vaxt aparacağı proqnozlaşdırılır.