Qara nöqtələrdən xilas olmaq mümkündür

Bölmə: Maraqlı › ,
Tarix: 18:34 24.01.2024

Genişlənmiş məsamələr və dəridəki qara ləkələr insanlarda problem yaradır. Bu dəri problemləri üçün bəzi təbii üsullar var. Bu üsulla dəri problemlərinizi qısa müddətdə minimuma endirə bilərsiniz. Qara nöqtələr, ləkələr, ağ nöqtələr, komedonlar ən çox yayılmış dəriyə qulluq problemlərindən biridir və bu kiçik düşmənlərlə məşğul olmaq bəzən çətin bir problem ola bilər. Ancaq narahat olmayın, çünki bu problemləri təbii üsullarla həll edə bilərsiniz. Bədənin hər hansı bir yerində meydana gələn dəri ləkələri müxtəlif ölçülərdə inkişaf edə bilər. Ləkələr tez-tez dərinin günəş işığına məruz qalan bölgələrində görünür. Ümumiyyətlə, üzdə və bədənin müəyyən hissələrində yaranan dəri ləkələri qəhvəyi və onun çalarlarında olur. Ləkələrin rəngi fərdlərin dəri tonundan asılı olaraq dəyişə bilər.

 

Qaynadılmış kartofu əzdikdən sonra göz ətrafına və ağ nöqtələri olan nahiyələrə 15 dəqiqə saxlayın. Daha sonra istifadə etdiyiniz təmizləyici gel ilə dərinizi təmizləyin və qurudun.

 

Çay ağacı yağının dəri üçün bir çox faydaları var. Xüsusilə, ağ ləkələrin aradan qaldırılmasında müvəffəqiyyətli olan çay ağacı yağını təmiz dərinizə çəkə bilərsiniz.

Mənbə:habertürk

Tərcümə etdi:Sayad Qoşnalıyeva