Soyuq havada bədən istiliyinizi ən yaxşı şəkildə necə yüksəldə bilərsiniz?

Bölmə: Maraqlı › ,
Tarix: 21:26 24.01.2024

Soyuq qış günlərində insanların çoxu üşüyür və çoxları bu vəziyyətdən çıxıb isinmək istəyir. Yaxşı, bəzi insanların daha soyuq olduğunu bilirdinizmi? Bədən istiliyinizə nə təsir etdiyini və bədən istiliyinizi ən yaxşı şəkildə necə saxlaya biləcəyinizi burada izah edirik...

 

Bədənimiz əslində öz temperaturunu idarə edir. Qoruma təmin edən bir neçə funksiyaya malik olsa da qış ayları gələndə insanlar soyuq havalardan əziyyət çəkirlər, özlərini qorumaq üçün bədən istiliyini yüksəldəcək yollar axtarmağa meyllidirlər. Budur, soyuqdan daha çox təsirlənən insanlar və bəziləri…

 

Həkimlərin məsləhəti daxil olmaqla soyuqdan özünüzü qorumaq yolları haqqında təfərrüatlar...

 

BƏDƏNİMİZ İSTİLİYİNİ NECƏ SAXLAYIR?

 

Tibb və biotibbi elmlər məktəbinin həkimi Devid Holms deyir ki, bədəninizin temperaturu necə saxladığını bir neçə amil müəyyənləşdirir. Termoregulyasiya olaraq bilinən bu prosesdə; Dəri, tər vəziləri, qan dövranı sistemi və hipotalamus kimi bəzi elementlər rol oynayır. Bu quruluşları izah etmək üçün dəri; Daxili orqanları ətraf mühitdən qoruyan quruluşdur və bədən istiləşəndə tər vəziləri soyutma effekti yaradır.

 

Bundan əlavə, qan damarlarının daxili axını ən yaxşı şəkildə saxlamaq üçün qan dövranı sistemi xarici temperatura uyğunlaşır. Hipotalamus, bədənin hansı temperaturda olması lazım olduğunu (daha isti və ya daha soyuq) ən yaxşı şəkildə müəyyən etmək üçün xarici məlumatlardan (xarici havanın nə qədər soyuq olduğunu) istifadə edərək, mərkəzi nəzarət rolunu oynayan beyin hissəsidir.

 

BƏZİ İNSANLAR SOYUQDAN DAHA ÇOX TƏSİRLƏNİR

 

Klinik təcili tibbi yardım kafedrasının dosenti Zaffer Qasimin sözlərinə görə; yaşlılar və çox cavanlar bədən istiliyinə nəzarət etməkdə daha çox çətinlik çəkirlər və istiliyi daha asan itirirlər.

 

Bununla belə, o izah etdi ki, hipotiroidizm və diabet kimi bəzi tibbi şərtlər də soyuqluq hissini təsir edə bilər. Hətta bəzi dərmanlar, məsələn, təzyiq dərmanları, sedativlər və psixiatrik dərmanlar soyuqdəymə riskinizi artıra bilər.

 

Los-Ancelesdə idman tibb mütəxəssisi və komanda həkimi Tracy Zaslow, aşağı bədən yağ faizinin soyuq havadan təsirlənmə şansınızı artıra biləcəyini düşünür. Bu o deməkdir ki, bu, bədən İstiliyi üçün daha az izolyasiya təmin edən təbəqədir, buna görə də siz daha tez soyuq hiss edə bilərsiniz.

 

NƏSƏ YEMƏK

 

Holms əlavə etdi ki, bədəninizin qidaları həzm etmək üçün enerjiyə ehtiyacı var və bu, yemək yeyildikdə bədəndə az miqdarda istilik əmələ gətirir. Başqa sözlə, bədən istiliyiniz yüksələcək və özünüzü daha isti hiss edəcəksiniz.

 

MÜNTƏZƏM OLARAQ MƏŞQ EDİN

 

 

Holmsa görə, müntəzəm məşq bədən istiliyini yaradır və ümumi sağlamlığın artmasına kömək edir. Zaslow əlavə edib ki, mütəmadi olaraq ediləndə maddələr mübadiləsini aktivləşdirəcək və əzələ quracaq, bu da sizi daha isti hiss edə bilər.

 

MÜRACİƏT EDƏ BİLƏCƏYİNİZ DİGƏR VASİTƏLƏR

 

Suya davamlı paltar geyinmək, isti corab və papaq əlavə etmək sizin üçün faydalı ola bilər. "Qat geyinmək vacibdir, çünki təbəqələr arasındakı hava əlavə izolyasiya təmin edərək bədən istiliyinizi artıra bilər" deyə Holms əlavə edir.

 

Həmçinin, isti mayelər içmək sizi isinməyə kömək edə bilər. Qasımın fikrincə, evdə ən azı bir otağı 18 dərəcədən yuxarı temperaturda saxlamaq üşüməyinizə mane ola bilər.

 

HƏKİMLƏ MƏSLƏHƏT ETMƏLİSİNİZ

 

Nə etsəniz də hərarətinizi qaldıra bilmirsinizsə, bir mütəxəssisə müraciət etməyiniz faydalı ola bilər. Tibbi yardım tələb edən çox soyuq olmanızın bir səbəbi ola bilər.

 

Mənbə: Habertürk

Tərcümə: Sevinc Yarməmmədova