Sağlam yuxu istəyirsinizsə...
Bölmə: Maraqlı › ,Tarix: 21:43 24.01.2024
Yaxşı bir gecə yuxusunun fiziki və zehni sağlamlıq faydaları saysız-hesabsızdır. Gündə 7-8 saat yuxu immuniteti və yaddaşı gücləndirir, konsentrasiya gücünü artırır, xəstəliklərdən qoruyur... Bəs sağlam yuxunun qızıl qaydaları hansılardır? Yuxu mütəxəssisindən sağlam yuxunun sirləri...
Yetkinlərin sağlam həyat sürməsi üçün gündə 7-8 saat yatması lazımdır. Ancaq bəzən yatmaq asan olmur.
Məşhur yuxu mütəxəssisi Oksford Universitetindən Prof. Dr. Russell Foster yaxşı yuxu almağın 6 sirrini açıqladı:
1. ÇOX YEMƏYİN:
Yatağa yaxın ağır yemək yemək yuxunuzu itirməyə kifayət edəcək. Prof. Fosterin fikrincə, bunun səbəbi ağır yeməyi həzm etmək bədənin əsas temperaturunu artırır və bu da yuxunu çətinləşdirir.
2. İDMAN ETMƏYİN:
Əvvəlki iki saat ərzində idman etmək yuxunun qarşısını alır. Çünki idman yemək kimi bədən istiliyini yüksəldir, yuxuya getməyi çətinləşdirir.
3. PARLAQ İŞIQDA YATMAYIN:
Zəif işıqlı otaq tez yuxuya getməyin açarıdır. Buna görə yatdığınız otaqda parlaq işıqlardan qaçın. Parlaq işıqlara baxmaq bədən saatını dəyişir, yuxuya getməyi çətinləşdirir.
Prof. Foster yatmazdan əvvəl cib telefonunuzu sizdən uzaqlaşdırmağı tövsiyə edir. Çünki sosial mediaya baxmaq, Instagram və TikTok-u yoxlamaq, kimin nə etdiyini görmək üçün bədənə stimullaşdırıcı təsir göstərir.
5. QƏHVƏ İÇMƏYİN:
Gün ərzində saat 14:00-dan sonra qəhvə və ya hər hansı kofeinli içki içmək yuxunu çətinləşdirə bilər. Çünki kofein bədəndə saatlarla qala bilir.
6. ALKOL İSTİFADƏ ETMƏYİN:
Alkoqol yuxunun sürətli göz hərəkəti (REM) mərhələsini kəsir. Bundan əlavə, spirt gecə boyu daha tez-tez oyanmağa səbəb olaraq yuxu keyfiyyətini pisləşdirir. Məlumdur ki, çox içən insanlar yata bilmirlər.
Aynur Babayeva